Misirdəki Azərbaycan diasporu beynəlxalq festivala qatılıb
Tarix: 12.03.2018 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi və Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyi Misirin “6 Oktyabr” Universitetində keçirilən beynəlxalq festivalda təmsil olunub. Festivalda 30 ölkənin səfirlik və diaspor nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycan mədəniyyətini, incəsənətini əks etdirən nümunələr, eyni zamanda Qarabağ həqiqətləri, 20 Yanvar, Xocalı soyqırımı və digər mövzularda Səfirlik tərəfindən ərəb dilinə tərcümə edilərək çap olunmuş müxtəlif kitablar, jurnallar sərgilənib. Səfirliyin ictimai məsələlər üzrə nümayəndəsi Məhəmməd Cuhəri və onun könüllülər qrupu Azərbaycan həqiqətləri və turizim potensialı haqqında ziyarətçiləri geniş məlumatlandırıblar. İki gün davam edən festival müddətində Azərbaycan stendini mindən çox insan ziyarət edib. İştirakçılara Azərbaycan haqqında kitab, jurnal və bukletlər hədiyyə olunub.
“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri S.Nəsirov tədbir çərçivəsində universitetin prorektoru, səfir Xeyrəddin Əbdüllətuf, professor Zəkrəiyyə Nasef və bir sıra xarici ölkə nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə Azərbayanın bölgədəki nüfuzündan, ölkəmizin Misirlə tarixi və indiki əlaqələrindən, Azərbaycan həqiqətlərindən, Xocalı soyqırımından, Azərbaycanın iqtisadi və turizm potensialından söhbət açan diaspor rəhbəri qarşı tərəfi maraqlandıran sualları da cavablandırıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info