Razmik Akopcanyan:”Ermənistanda istənilən seçkiləri saxtalaşdırırlar”
Tarix: 13.03.2018 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“Armenianreport”: ”Ölkədə növbəti dəfə jurnalistlərin fəaliyyəti məhdudlaşdırıldı”

Ermənistanda prezident seçkilərinin başa çatmasına baxmayaraq, daxili gərginlik, siyasi qruplar arasındakı informasiya savaşı, narazılıq davam etməkdədir. Erməni saytlarını izlədikcə bu deyilənlər öz təsdiqini tapır. Məsələn, “Armenianreport” saytında gedən bir yazının təkcə başlığına baxmaq kifayətdir ki, Ermənistandakı daxili siyasi mübarizənin kəskinliyini hiss edəsən... Razmik Akopcanyan adlı müəllifin “Əlvida müstəqillik” başlıqlı bu yazısında deyilir ki, Ermənistanın müstəqilliyinin itirilməsinin yalnız hüquqi rəsmiləşdirilməsi qalıb: “Çünki Rusiya belə istəyir. Biz uzun müddətdir ki, Kremlin bura təyin etdiyi “kuklaların” idarəetməsi altında yaşayırıq. O adamların ki, onlar Ermənistanı qarət edirlər, istənilən seçkiləri saxtalaşdırırlar, çoxsaylı əməkqabiliyyətli əhalini ölkədən getməyə məcbur edirlər. Onların yarıtmaz işinin nəticəsidir ki, Azərbaycan Ermənistanı nəinki təhdid edir, hətta İrəvana iddia edir. Məhz bu adamlar Türkiyə ilə Sürix protokolunu imzaladılar. İndi isə bundan imtina edirlər. Bunlar 2016-cı il aprel hadisələrindən sonra Azərbaycanın təcavüzkar kimi tanıdılmasına nail ola bilmədilər. Məhz bu adamlar ölkə üçün tamamilə əlverişsiz olan Putin ittifaqına qoşuldular.

Aşot Melikyan:
“Ermənistanda jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması yeni hadisə deyil, hakimiyyətin məqsədyönlü siyasətinin davamıdır”


Robert Köçəryanla Serj Sərkisyanın idarəetməsi arasında heç bir fərq olmadı. Onların hər ikisi eyni funksiyanı -Kremlin canişinləri funksiyasını yerinə yetirirdilər. Ermənistan respublikasının statusu bundan ibarətdir. Yeni prezident Armen Sarkisyan üçün də bu status müəyyənləşdirilib. Əhali isə yalnız birtəhər gününü başa vurmaqla məşğuldur və bu hakimiyyəti görməyə gözü yoxdur”.
Bu arada diqqəti cəlb edən məsələlərdən biri də odur ki, Ermənistanda KİV-in fəaliyyətinin məhdudlaşdırılmasına dair addımlar atılır (“Armenianreport”). Ermənistan parlamentinin qəbul etdiyi qanuna görə, hökumətin iclasları qapalı keçəcək və jurnalistlər ora buraxılmayacaq. Eynilə də, İrəvan Ağsaqqallar Şurasının iclaslarına jurnalistlərin daxil olması qadağan edilib. Ermənistanın ictimai və jurnalist dairələrində hakimiyyətin KİV-in fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş son addımları geniş müzakirəyə səbəb olub. Söz Azadlığı Müdafiə Komitəsinin sədri Aşot Melikyan bildirib ki, jurnalistlərin azad fəaliyyətinin məhdudlaşdırılması təkcə onların özlərini yox, bütün cəmiyyəti düşündürməlidir: “Cəmiyyət ölkədə baş verənləri bilmək imkanından məhrum edilib. Bu, təkcə söz azadlığının müdafiəsi baxımından pis hal deyil, həm də informasiya boşluğu yaradır”. O bildirib ki, jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması yeni hadisə deyil, hakimiyyətin məqsədyönlü siyasətinin davamıdır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»
01.09.2018
Azərbaycan və Rusiya arasında 15 sənəd imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info