“Azərbaycanda azad seçkilərin keçirilməsi ölkənin demokratik inkişafında daha bir mühüm addım olacaq”
Tarix: 13.03.2018 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


"Aprel ayının 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin ölkənin demokratik inkisafında cox böyük rolu var". Bu fikri Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva "Secki-2018.az" saytına bildirib. O bildirib ki, müstəqilliyi yenidən bərpa olunduqdan sonra Azərbaycanda dəfələrlə seçkilər keçirilib: "Almaniyada yaşamağıma baxmayaraq, ölkədə seçki ilə bağlı gedən bütün prosesləri izləyirəm. Azərbaycanda hər keçirilən seçki demokratiya yolunda atılan növbəti addım olub. Ölkədə azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün lazımı şərait yaradılır. Eyni zamanda səfirliklərdə də xaricdəki soydaşlarımızın səs verməsi üçün təşkilati işlər görülür. Hər kəs seçkidə iştirak edib öz səsini verir. İnanıram ki, Azərbaycanda demokratik və azad seçkilərin keçirilməsi ölkənin demokratik inkişafında daha bir mühüm addım olacaq".
Naibə Hacıyeva deyib ki, Azərbaycan oturuşmuş azad və demokratik, deyərdim ki, son 15 ildə çox yüksək sütlə inkişaf edən bir ölkədir: "Artıq Azərbaycan bir çox regional və beynəlxalq layihələrdə aparıcı ölkə qismində iştirak edir. Ölkəmizin həyata keçirdiyi layihələr, o cümlədən keçirilən seçkilər dünya səviyyəsində müsbət qiymətləndirilir".




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info