Azərbaycanla Hindistan arasında birbaşa aviareys açıla bilər
Tarix: 13.03.2018 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Hindistanın Ticarət və Sənaye palataları (PHD, CCD) 13-16 mart tarixlərində Bakıda “Amay” Ticarət Mərkəzində Hindistan məhsullarının nümayişini və sərgisini təşkil edəcək. Bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana “Hindistanın ən yaxşıları - eksklüziv Hindistan məhsulları” adlı sərgiyə dair keçirilən mətbuat konfransında deyib. Səfir bildirib ki, sərgidə Hindistanın 95 şirkəti tərəfindən yüksək keyfiyyətli məhsul və xidmətlər nümayiş etdiriləcək. O qeyd edib ki, biznes və ticarətlə yanaşı, tədbir Hindistan mətbəxi, “Bollywood” festivalı və s. vasitəsilə "Ən yaxşı Hindistan" təcrübəsinə rəng qataraq Hindistanın zəngin mədəni irsini təsvir etməyə yönələcək: “Martın 13-də iki ölkənin biznes qurumları arasında Hindistan-Azərbaycan biznes-forumu keçiriləcək. Forum çərçivəsində Hindistan Ticarət və Sənaye palataları ilə AZPROMO arasında ayrılıqda Anlaşma Memorandumu imzalanacaq".
Səfir deyib ki, Azərbaycan və Hindistan arasında birbaşa uçuşların təşkili üçün danışıqlar aparılır. Məsələ ilə bağlı Hindistandan Bakıya nümayəndə heyəti gələcək: "AZAL-la danışıqlar aparılacaq. Birbaşa reyslərin olması həm turizmin inkişafına, həm də iş adamlarının səfərlərinə töhfə verəcək. Bu istiqamətdə görüləsi işlər çoxdur". Səfir əlavə edib ki, Hindistanın “Ssn Pharma” əczaçı şirkəti "Gilan Holding"lə birgə müəssisə yaradılması üçün əlaqələr qurmağa başlayıb: "Digər əczaçı şirkətlərimiz də Pirallahı Sənaye kompleksi ilə əlaqələr qurmaqda maraqlıdır". Konfransda çıxış edən PHD-nin Avrasiya üzrə beynəlxalq məsələlər komitəsinin sədri Purrshottam Bhaggeria bildirib ki, Hindistan və Azərbaycan tarixi əlaqələrə və ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq əlaqələrindən bəhrələnir: “Biznes cəmiyyətləri mövcud əlaqələrin gücləndirilməsi üçün daha çox səy göstərir. Əməkdaşlığın yeni sahələrinin aşkarlanması üçün cəhdlər göstərilir. Bu sərgi hər iki tərəfdən olan səhmdarlar üçün mühüm platforma rolunu oynayacaq və biznes əməkdaşlığının inkişafına töhfə verəcək”. Palatanın baş katibi Saurabh Sanyal deyib ki, son statistik rəqəmlərə görə, Hindistan və Azərbaycan arasında xarici ticarətin həcmi 2017-ci ilin yanvar-dekabr aylarında 463 milyon olub ki, bu da azdır: “Bunu nəzərə alaraq sərgini təşkil etdik. Bu, ikitərəfli, eləcə də turizm əlaqələrinin inkişafına, ixracatın artmasına kömək edəcək”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info