Belarusun təhsil nümayəndələri: “UNEC yeni iqtisadi təhsil modeli yaradıb”
Tarix: 13.03.2018 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Belarus Respublikasının Təhsil Nazirliyi və bu ölkənin aparıcı ali təhsil müəssisələrinin nümayəndə heyəti UNEC-də olub. UNEC-in rektoru, professor Ədalət Muradov qonaqlara Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti haqqında ətraflı məlumat verib. UNEC-in qlobal reytinqlərində uğurla irəlilədiyini bildirən rektor, dünyanın aparıcı universitetləri ilə reallaşdırılan ikili diplom proqramları, inklüziv təhsil sahəsində əldə edilən nailiyyətlər, əcnəbi tələbələr üçün qəbulun elektronlaşdırılmasından söz açıb. Görüşdə Belarus Dövlət İqtisad Universiteti, Suxov adına Qomel Dövlət Texiniki Universiteti, Belarus Dövlət İnformatika və Radioelektornika Universiteti, Yanka Kupala adina Qrodno Dövlət Universiteti, Polotsk Dövlət Universiteti, Qrodno Dövlət Aqrar Universiteti, Belarus Milli Texniki Universiteti və Belarus Dövlət Universitetinin nümayəndələri təmsil etdikləri ali təhsil müəssisələri barədə ətraflı məlumat veriblər. UNEC-də olmaqdan məmnunluqlarını ifadə edən qonaqlar Azərbaycan Dövlət İqtisad Universitetində yeni iqtisadi təhsil modelinin yarandığını məmnuniyyətlə izlədiklərini bildiriblər. Onlar bu sahədə Belarus ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayaraq, UNEC təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd ediblər. Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib
22.04.2019
Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Tarixin ibrət dərsləri...
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info