Əlaçı və fəal tələbələrə adlı təqaüd verilib
Tarix: 13.03.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə elmin, təhsilin, idmanın və gənclərin inkişafına göstərilən dövlət qayğısında söz açıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. Bu günədək 19 ali məktəbdə təhsil alan 2.148 tələbə bu təqaüdə layiq görülüb. Ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını söyləyən komitə sədri regionlarımızda bir sıra yeni idman obyektlərinin tikilib istifadəyə verildiyini söyləyib. S.Mehbalıyev ATİAHİ Respublika Komitəsi tərəfindən keçirilən müsabiqələr, müxtəlif idman yarışları, intellektual oyunlar və digər tədbirlər barədə məlumat verib. Bildirilib ki, rəhbərlik etdiyi qurumun məqsədi gənclərin inkişafına, onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət və qayğı göstərməkdir. AHİK-in sədri adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, uğurlar arzulayıb. Sonra Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkərandakı ali məktəblərin 61 tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü verilib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info