“Milli şura” Müsavatla birgə mitinq keçirsə də, yenə stadionu doldura bilmədi
Tarix: 13.03.2018 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


İştirakçılar mitinq başa çatmamış dağılmağa başladılar

Ötən il bir neçə uğursuz mitinq təşkil edən “milli şura”da təmsil olunanlar bu uğursuzluğu aradan qaldırmaq üçün digər müxalif gücləri də bu işə cəlb etməyə çalışdılar. “Milli şura”nı idarə edən Əli Kərimli bunun üçün “qanlı bıçaq” kimi olduqları müsavat rəhbərliyinə üz tutmuşdu, partiya rəhbərliyi də bu işə “hə” dedi. Amma nəticə nə oldu? Maraqlıdır ki, bir neçə gün öncə Müsavatın və REAL-çıların da qatıldığı mitinqə yenə az adam gəldi.
Ümumxalq mitinqi adı verdikləri mitinqdə heç stadionu dolduracaq qədər adamın gəlməməsi nədən xəbər verirdi? Axı həmişə “milli şura” iddia edirdi ki, mitinqlərə bütün müxalifət qoşulsa, guya meydanda adam əlindən tərpənmək mümkün olmaz. Bəs nə oldu? İndi ki, Müsavat və REAL-çılar da sizə qoşuldu. Bəs indi niyə əvvəlki mitinqlərdən fərqli adam toplaya bilmədiniz? Çünki xalq sizə dəstək vermir, çünki cəmiyyətdə sizə inam çoxdan itib, çünki insanların mitinqə toplaşması üçün heç bir əsas da yoxdur.

Mitinqdə xaricə qaçmaq üçün şəkil çəkdirənlər, dini şüarlar, müxalif trollar...

Digər maraqlı məqam mitinqə şəkil çəkdirmək üçün gələnlərin olmasıdır. Hər mitinqdə olduğu kimi, bu dəfə də aksiyaya öz əqidəsinə görə deyil, məhz xaricdə sığınacaq almağın yolunu asanlaşdırmaq üçün şəkil çəkdirməyə gələnlər nəzərə çarpırdı. Belələri bir ay sonra Avropa ölkələrindən birinə qaçaraq orada iddia edirlər ki, guya onlar mitinqlərə qatıldığı üçün təzyiqlərə məruz qalırlar və s. Mitinqə daha çox adam cəlb etməyin digər yolu isə bəzi dindarların siyasətə cəlb edilməsidir. Maraqlıdır ki, Qərbə bağlı olan radikal müxalifət partiyaları Qərbin əsas düşmənlərindən sayılan xaricə bağlı bir sıra dini təşkilat və şəxslərin də müdafiəsinə qalxırlar. Elə mitinqlərdə səsləndirilən fikirlər də, qaldırılan şüarlar da bunu deməyə əsas verir.
Ümumilikdə isə daha çox qohum-əqrəba toplantısına bənzəyən mitinqin əvvəlində, gedişatında və sonunda səslənən şüarlar özünün anormallığı ilə də seçildi.
AXCP sədri, eyni zamanda bloger və “Facebook”da virtual "savaşçı" olan Əli Kərimli meydanda Cəmil Həsənli ilə birlikdə peyda olanda, az qala, ekstaza düşən və "cəbhəçilər" kimi təqdim olunan sadəlövhlər müxtəlif şüarlar söyləmirdilər.
Həmin anda Əli Kərimli illüziyalarında yaratdığı tərəfdar ordusunun içində flaqman gəmisi kimi hərəkət edən siyasətçi olduğunu düşünürdü yəqin.
Bəlkə də xəyal edirdi ki, həmin insanlardan vasitə qismində yararlanmaqda səhv etməyib: niyə də olmasın axı - 1400-1500 nəfər meydana yığışıb, hərəsinin öz məramı, fərqli məqsədi var, Əli Kərimli və "kamarilya"sı isə sırf praktik, çox konkret məqsədlərini gerçəkləşdirir.
Müxalifətdəki siyasi təşkilatların tam əksəriyyətinin boykot etdiyi "boykot mitinqi"nə İsa Qəmbərin kölgəsindən çıxmağa çalışan "siyasi cırtdan" Arif Hacılı və özünü, az qala, Azərbaycan müxalifətinin Qriqori Yavlinskisi hesab etməyə başlayıb, xəyallarında pərvaz edən Cəmil Həsənli kimi fiqurantlar can-başla yollanmışdılar.
Ümumiyyətlə, bir məqamı qeyd edək ki, mitinqə gələn bəzi müsavatçıların sosial şəbəkələrdəki fikirlərinə görə, əgər İsa Qəmbər bu mitinqdə olsaydı, guya daha çox müsavatçı aksiyaya gələrdi.... İndiki halda isə İsa Qəmbərin səhhətinin ağır olduğu və bunun partiya üzvlərindən gizlədildiyi hər kəsə bəllidir. Mitinqdə də bu barədə Arif Hacılı yalan danışaraq dedi ki, onun səhhəti yaxşıdır və hamıya salamı var.
Müxalifətin radikal düşərgəsindəki Arif HacılıG Cəmil Həsənli və digərləri sosial bazalarının olmadığını gözəl dərk etdiklərindən yalnız AXCP və Müsavatın azsaylı üzvlərinin yığılması hesabına da olsa, nə isə etməyə çalışırlar.
Radikal müxalifətə xalqın inamının olmaması, üzqaraldan siyasi keçmişləri və bugünkü antimilli fəaliyyətləri onların uğursuz mitinqlərini şərtləndirir. Leksikonu söyüş, təhqirlərdən ibarət olan radikal müxalifətin qohum-əqrəbalarından ibarət mitinqi isə yalnız istehza doğurur.
Mitinq zamanı yaşananlar da diqqətdən yayınmadı. Belə ki, azsaylı trollar dəstəsi və yaxın qohumların iştirakı ilə keçirilən aksiyada maraqlı nüanslar oldu. Əli Kərimli tribunada sözünü qurtarmamış plakatları bir-birinə ötürən və sonra da yerə atan dəstə yavaş-yavaş aradan çıxdı. Hətta A.Hacılının İsa Qəmbərin adından səsləndirdiyi müraciətə belə, qulaq asan olmadı. Müsavat başqanı höccələyə-höccələyə oxuduğu müraciəti yaranan səs-küydən, deyəsən, heç özü də başa düşməmişdi.
"Məhsul"dakı mitinqə qatılanlar və bu yığnağın təşkilatçıları onların strategiyasını məğlub, taktikalarını bərbad, özlərini uğursuz siyasətçi sayanları təhqir edir, söyürlər.
Məsələn, martın 10-dakı mitinqə qatılmayan "Real" hərəkatının rəhbərliyi və üzvləri sosial şəbəkələrdə Əli Kərimlinin trolları tərəfindən küçə söyüşlərinə hədəf olunur.
"Real"ın icraçı katibi Natiq Cəfərlinin Əli Kərimlinin trolları haqqında "bu gün bizi söyənlər, sabah da bir-birini söyəcəklər" fikrini təsadüfən, səbəbsiz söyləməyib.
Əli Kərimli və tərəfdarları, deyəsən, nə istədiklərini belə, bilmirlər.
Eyni zamanda istefa tələb etmək, bloger Əli Kərimlini prezident kimi görmək arzusunu dilə gətirmək və seçkiləri boykot etdiklərini demək fəaliyyət prinsiplərinin bilmərrə yoxluğu ilə yanaşı, küçə söyüşlərini siyasət sayanların faciəsini göstərir.
Mitinqdə digər diqqətçəkən amil isə aksiya başa çatmamış insanların stadionu tərk etməsi idi. Ən hörmətli şəxs saydıqları Cəmil Həsənlinin çıxışı başa çatmamış beş-beş, on-on mitinqə gələnlər ərazini tərk etməyə başladılar. Bütün bunlardan o qənaətə gəlmək olar ki, hətta partiya üzvlərinin, qohum-əqrəbalarının və yüz, iki yüz nəfər hansısa narazı insanların toplaşdığı bu mitinq şousuna belə, ora gələnlər maraqlı deyillər...
Onu da qeyd edək ki, müxalifətin daxilində də bu mitinqə hələ başlamamış etirazlar olmuşdu. Buna misal olaraq Rəsul Quliyevin “Facebook”da yazdığı statusu- fikirlərini göstərmək olar. O deyir: “Müxalifətin ümumi mitinqinin keçirilməsindən söhbət açılır. Bu nə deməkdir, çox ehtimal özləri də bilmirlər. Ya məsuliyyəti özlərindən uzaqlaşdırmaq istəyirlər, ya da hamını öz separatçı siyasətlərinin palçığına bulaşdırmaq istəyirlər”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info