“Ümumi mənzərədən görünür ki, Azərbaycan ictimaiyyəti seçki prosesinə fəal qoşulub
Tarix: 13.03.2018 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası prezidentliyinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruca və namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadəyə prezidentliyə namizədlik vəsiqələri təqdim olunub. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış namizədlər Zahid Orucu və Araz Əlizadəni təbrik edib, vəsiqələrini onlara təqdim edib. MSK sədri seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün zəruri işlərin görüldüyünü söyləyib. Xatırladaq ki, prezident seçkiləri ilə əlaqədar yeddi namizəd qeydə alınıb. Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın kifayət qədər seçki təcrübəsi var: “Ona görə də aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı hər hansı problemin olacağı gözlənilmir. Bütün addımlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq atılır”. MSK sədri qeyd edib ki, kütləvi informasiya vasitələri seçki prosesini, o cümlədən namizədlərin və səlahiyyətli nümayəndələrin seçkilərə nə qədər maraqlı olduğunu ictimaiyyətə düzgün və dolğun şəkildə çatdırır: “Ümumi mənzərədən görünür ki, Azərbaycan ictimaiyyəti seçki prosesinə fəal qoşulub. Bütün seçicilərə tam imkan yaradılacaq ki, aprelin 11-də öz iradələrini ifadə etsinlər”. Martın 12-də saat 18.00-da namizədlərin müraciətləri ilə bağlı vaxtın başa çatdığını xatırladan MSK sədri Seçki Məcəlləsinə əsəsən Komissiyanın daxil olan sənədlərə daha yeddi gün baxmaq hüququna malik olduğunu söyləyib. O bildirib ki, martın 19-da proses tam başa çatacaq. Bundan sonra namizədlərin seçkiqabağı təşviqat prosesinə start veriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info