Almaniyanın yeni xarici işlər naziri: kansler postuna gedən yol
Tarix: 13.03.2018 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


“Mən ədalət tərəfdarıyam. Bu, mənim bütün siyasi həyatımın mənası, mənim kredomdur”. “Döyçe Velle” xəbər verir ki, Almaniyanın yeni xarici işlər naziri Hayko Mas öz internet səhifəsində özünü məhz bu cür xarakterizə edib. Yeri gəlmişkən, son dörd ildə Angela Merkelin hökumətində ədliyyə naziri olmuş bu şəxs həqiqətən belə qiymətə layiqdir. Yeni vəzifədə Mas daha təmkinli olmalıdır. Diplomatiyada emosiyaya uyaraq deyilmiş bircə yanlış söz başqa siyasi sahələrlə müqayisədə daha ciddi gözlənilməz nəticələrə gətirib çıxara bilər. O, öz mövqeyini qətiyyətlə müdafiə edir. “Almaniya üçün alternativ” (AüA) və “Pegida” hərəkatından olan sağçı populistlər Ması heç xoşlamırlar. Ədliyyə naziri olduğu dövrdə sosial şəbəkələrdə ksenofobiya təbliğinə mane olan qanunun onun təşəbbüsü ilə qəbul edilməsi bu populistləri möhkəm qəzəbləndirmişdi. Hayko Masın 51 yaşı var, lakin yaşından daha gənc görünür. Ola bilsin ki, bu onun atletika üçnövçülüyü ilə məşğul olmasından irəli gəlir. Yeni xarici işlər nazirinin siyasi karyerası AFR-in ən kiçik federal əyaləti olan Saarda başlayıb. 1996-cı ildə o, Saarda ekologiya, energetika və nəqliyyat məsələləri üzrə nazirlikdə stats-sekretar olub. İki ildən sonra bu idarəyə rəhbərlik edib və beləliklə, Almaniyada ən gənc nazir olub. Lakin növbəti, 1999-cu ildə sosial-demokratlar Saarda əyalət seçkilərində uduzublar, Mas öz vəzifəsini itirib və landtaqda müxalifətə başcılıq etməyə başlayıb. 2004-cü və 2009-cu ildə ASDP-ni hakimiyyətə qaytarmaq üçün onun göstərdiyi cəhdlər hədər olub. Mas yalnız 2012-ci ildə mühafizəkarlarla koalisiyada kiçik tərəfdaş kimi əyalət hökumətinə qayıdıb. Lakin bu da çox davam etməyib. 2013-cü ildə Mas Angela Merkelin üçüncü hökumətində ədliyyə naziri vəzifəsini tutub. Əvvəlcə mühafizəkar daxili işlər naziri ilə onun arasında münaqişə yaranıb, çünki Mas hesab edirdi ki, nazir vətəndaşların hüquq və azadlıqlarını boğur. 2016-cı ilin dekabr ayında islamçılar tərəfindən Avropanın müxtəlif ölkələrində, o cümlədən Berlindəki milad bazarında törədilmiş silsilə terror aktlarından sonra Mas özünün əvvəlki hüquq müdafiəçisi mövqelərindən geri çəkilib. ASDP liderlərinin məhz Hayko Ması seçmələri həm də onunla bağlı ola bilər ki, aşağı partiya təşkilatları təkidlə yenilənmə tələb edirlər. Onlar istəyirlər ki, 2021-ci ildə keçiriləcək seçkilərdə kansler vəzifəsinə onların namizədinin qalib gəlmək şansı real olsun. Almaniyada xarici işlər naziri vəzifəsi bu vəzifəni tutan şəxsin hər hansı başqa vəzifə ilə müqayisədə daha çox məşhurlaşmasını və populyarlaşmasını təmin edir, bu isə ASDP-də Hayko Ması kansler etmək fikrinə düşəcəkləri halda onun təbliğ edilməsi üçün zəruridir.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Şri-Lankada törədilən terror aktlarında həlak olan xarici ölkə vətəndaşları
23.04.2019
Kanadada Hous Pik zirvəsində həlak olan 3 alpinistin cəsədləri tapılıb
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir
22.04.2019
“Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabilet verəcək
22.04.2019
Şri-Lankada daha bir partlayış törədilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info