Şəhriyar Məmmədyarov üçüncü turda heç-heçə edib
Tarix: 13.03.2018 | Saat: 05:23:00 | E-mail | Çapa göndər



Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirində üçüncü turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin reytinq favoriti olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü turda ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşıb. Oyun heç-heçə yekunlaşıb. Bununla da, azərbaycanlı qrossmeyster ardıcıl ikinci görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində iki xal var.
Üçüncü turun digər görüşlərində isə Rusiya idmançısı Vladimir Kramnik Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. Aleksandr Qrişuk - Sergey Karyakin (hər ikisi Rusiya) və Uesli So (ABŞ) - Din Lijen (Çin) qarşılaşmalarında şahmatçılar xalları yarı bölüblər.
Hesabında 2,5 xal olan Vladimir Kramnik liderliyə yüksəlib. Şəhriyar Məmmədyarov və Fabiano Karuana 2 xalla ikinci-üçüncü yerləri bölüşürlər. Din Lijen və Aleksandr Qrişuk 1,5 xalla dördüncü-beşinci pillələrdə qərarlaşıblar. Hərəyə 1 xalı olan Levon Aronyanla Sergey Karyakin altıncı-yeddinci pillələri bölüşürlər. 0,5 xalı olan Uesli Son isə sonuncu pillədədir.
Dördüncü turda Ş.Məmmədyarovun rəqibi U.Son olacaq.
Martın 28-dək davam edəcək iddiaçılar turnirinin qalibi dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə oynayacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info