Naxçıvanda quruculuq işləri davam etdirilir
Tarix: 13.03.2018 | Saat: 15:15:00 | E-mail | Çapa göndər



Naxçıvan şəhərinin Heydər Əliyev prospektində inşa olunan yeni yaşayış binası gələcəkdə sakinləri yüksək keyfiyyətli rahat mənzillərlə təmin edəcək. Ötən ilin oktyabr ayından tikintisinə başlanılan binanın təməli atılıb, zirzəmi hissəsinin beton-qəlib işləri görülür.

AZƏRTAC xəbər verir ki, 4 giriş və 6 mərtəbədən ibarət olacaq binanın tikintisini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.
Layihəyə əsasən yaşayış binasında lift quraşdırılacaq. Zirzəmidə 29 yerlik avtomobil dayanacağı yaradılacaq, birinci mərtəbədə 12 mağaza istifadəyə veriləcək. İnşası aparılan obyektdə kifayət qədər işçi qüvvəsi çalışır. Tikintidə, əsasən, yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amilinə xüsusi önəm verilir. İnşaatçılar geyim formaları və lazım olan avadanlıqlarla təmin olunublar.
Genişmiqyaslı quruculuq tədbirləri Naxçıvan şəhərinin “Azərbaycan” küçəsində də aparılır. Belə ki, burada mövcud olan inzibati bina Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi üçün yenidən qurulur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada son tamamlama işləri görülür. Hazırda binanın qapıları salınır, daxili hissədə dekorativ işlər aparılır. Binanın həyətində abadlıq işləri görülür, gülkarlıqlar yaradılır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən tikinti işlərində texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info