Tələbələrin yaradıcılıq müsabiqəsi
Tarix: 30.05.2013 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


Lənkəran Dövlət Universitetində (LDU) tələbələrin “Azərbaycan mənim doğma Vətənimdir!” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd tələbələrin asudə vaxtını səmərəli təşkil etmək, gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaqdır.
Müsabiqənin yekun turunda ali təhsil ocağının ayrı-ayrı fakültələrinin tələbələri öz istedadlarını nümayiş etdiriblər.
Xalq çalğı alətləri, milli rəqs, tək ifaçılar (bədii qiraətçilər, musiqi alətində fərdi ifaçılar, solo oxuyanlar), idman, rəsm, əl işləri, bədii yaradıcılığın digər janrları sahəsində fərqlənənlər münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Qalib adı uğrunda 500-dən çox tələbə mübarizə aparıb.
Müsabiqənin nəticələri LDU-nun və rayon ictimaiyyətinin nümayəndələrindən təşkil olunmuş komissiya tərəfindən qiymətləndirilib. Təbiət, İqtisadiyyat və idarəetmə, Humanitar və pedaqoji elmlər fakültələrinin tələbələri müsabiqədə daha yüksək bilik və bacarıq nümayiş etdiriblər. Müsabiqə iştirakçıları, həmçinin informasiya texnologiyaları üzrə də biliklərini nümayiş etdiririblər. Qaliblər diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.





 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info