Yuriko Koiko: “Yaponiya Azərbaycanla münasibətlərə xüsusi önəm verir”
Tarix: 13.03.2018 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Tokio prefekturasının qubernatoru xanım Yuriko Koiko ilə görüşüb.
Görüşdə diplomat ölkəmizin zəngin tarixinə nəzər salaraq, Azərbaycan Demokratik Respublikasının 1918-1920-ci illərdə müsəlman dünyasında ilk demokratik dövlət olduğunu bildirib. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğunu qubernatorun nəzərinə çatdırıb. Qeyd edib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyin bərpasından sonra çətin vəziyyətlə qarşılaşıb, torpaqlarımız Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mühüm nailiyyətlər qazanıb.
Ölkə rəhbərliyinin uğurlu daxili və xarici siyasəti, respublikamızda keçirilən mötəbər tədbirlər, o cümlədən idman yarışları haqqında qubernatora ətraflı məlumat verilib.
Yaponiyanın Azərbaycan üçün Asiya regionunda çox vacib ölkə olduğunu vurğulayan diplomatımız ölkəmizin gündoğan ölkə ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, Azərbaycan-Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. İki ölkə arasında əməkdaşlığın xüsusən iqtisadi cəhətdən genişləndirilməsinin vacibliyini bildirib və bu istiqamətdə yüksək potensialın mövcud olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlıq genişlənir və bu da ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verməkdədir. Bu baxımdan Bakı və Tokio arasında əməkdaşlığın qurulmasının hər iki tərəf üçün faydalı olacağı vurğulanıb.
Öz növbəsində Y.Koiko verilən məlumatlara görə minnətdarlığını ifadə edib və Yaponiyanın Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb. O, Yaponiya parlamentinin deputatı kimi uzun müddət Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü olduğunu xatırladaraq, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb və Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.
Qubernatora ölkəmizdə baş tutan yüksək səviyyəli beynəlxalq tədbirlər, idman yarışları, o cümlədən Birinci Avropa Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi, İslam Həmrəyliyi Oyunları haqqında da məlumat verilib.
Görüşdə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ilə bağlı da müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”
21.01.2019
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezidentə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info