Magistr dərəcəsi alanların hərbi xidmət müddəti azaldıla bilər
Tarix: 30.05.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Azərbaycanda magistr dərəcəsi alanların hərbi xidmət müddətinin 6 aya endirilməsi təklif olunur.
Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı məsələnin Milli Məclisin gələn ay üçün nəzərdə tutulan xüsusi sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” qanuna dəyişiklik və yenidən hazırlanaraq müzakirəyə çıxarılması gözlənilən “Elm haqqında” qanunda xüsusi müddəa nəzərdə tutulub.
Bakalavrlar üçün nəzərdə tutulan möhlət hüququ bir neçə variantda təklif olunur. Bura bakalavrlara magistraturaya imtahan vermək üçün möhlətin verilməsi, magistraturaya daxil olduqdan sonra belə, bu pilləni başa vurana qədər (2 il) möhlət hüququnun verilməsi, o cümlədən magistr dərəcəsi alanların hərbi xidmət müddətinin azaldılaraq 6 aya endirilməsi təklifləri daxildir.
Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib ki, edilən təkliflərdə yeganə səbəb son zamanlar elmi fəaliyyətdə gənclərin sayının kəskin azalmasının qarşısını almaq, elmi dərəcələrin alınmasında yaranan boşluğu doldurmaqdır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info