Tarix Muzeyinə yeni kitab hədiyyə edilib
Tarix: 13.03.2018 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi yeni kitablarla kolleksiyalarını daim zənginləşdirir.
Muzeyə heykəltəraş Faiq Hacıyevin müəllifi olduğu “Qarabağ atları tarixdə və incəsənətdə” kitabı hədiyyə edilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, heykəltəraş kitabda Qarabağ atlarının tarixi kökü, ümumi xüsusiyyətləri, bədii ədəbiyyatda və incəsənətdəki rolu haqqında ətraflı məlumat verib. Kitabın ən maraqlı cəhətlərindən biri də ədəbiyyat xadimlərinin, böyük şair və yazıçıların, ictimai xadimlərin Qarabağ atlarını tərənnüm edən əsərlərindən parçaların burda özünə yer almasıdır.
Qeyd edək ki, muzeyin ekspozisiyasında Qarabağ atlarına həsr olunan xüsusi bölmə yaradılıb. Burada əsasən at əsləhələri – yəhər, nal, üzəngi və atların damğaları nümayiş olunur. Muzeyə hədiyyə olunan “Qarabağ atları tarixdə və incəsənətdə” kitabı Azərbaycanda Qarabağ atlarının tarixinin öyrənilməsi sahəsində dəyərli araşdırmadır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info