Georgi Tsereteli: “İpək Yolu bizim üçün çox önəmlidir”
Tarix: 13.03.2018 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Bakıda “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfrans Azərbaycan Respublikası Milli Məclisinin və ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə keçirilir. Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Konfransın moderatoru Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, konfrans çərçivəsində “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi”, “Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi” və “Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” mövzularında panel iclaslar keçiriləcək. İki gün davam edəcək konfransın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək. Diqqətə çatdırılıb ki, ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılıb. Əgər qrup yaranan vaxt 17 ölkə onun üzvü idisə, bu gün üzvlərin sayı 22-yə çatıb. Bu da Avropa ölkələrinin Azərbaycanın təşəbbüsünə marağının göstəricisidir. Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova konfransda çıxış edərək deyib ki, dinamik inkişaf edən Azərbaycan bu gün regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Ölkəmizin iştirakçısı olduğu və İpək Yolunun mühüm hissəsini təşkil edən Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün əməli addımlar atılır.
Bahar Muradova vurğulayıb ki, Azərbaycan İpək Yolu üzərində yerləşən əsas ölkələrdən biridir. Azərbaycan İpək Yolundan faydalanan ölkələrə imkanlar verən bir ölkə rolunu oynayır. Bu yolla bağlı həm Şərqdə, həm də Qərbdə fəaliyyət aparılır. Parlamentarilərin burada iştirak etmələri, bu layihə ətrafında fəaliyyət göstərmələri çox əhəmiyyətlidir. Azərbaycan İpək Yolunun bərpasına investisiya qoyan bir ölkədir. Milli Məclis sədrinin müavini Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng layihələr barədə məlumat verib. O, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmi haqqında danışaraq bunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu deyib. Şimal-Cənub Nəqliyyat Dəhlizinin də Azərbaycanın iqtisadi inkişafına zəmanət vəd etdiyini deyən Bahar Muradova ölkəmizin coğrafi mövqeyinin dünya ölkələrinə böyük imkanlar yaratdığını vurğulayıb.
Bahar Muradova bildirib ki, Azərbaycanın İpək Yoluna Dəstək Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etməsi təsadüfi deyil. Azərbaycan bu təşəbbüsü irəli sürməyə mənəvi və siyasi haqqı olan ölkədir.
ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Bakı konfransının mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, bu layihənin həyata keçirilməsi ideyası haqqında danışıb. Bildirib ki, bu ideya irəli sürüləndə bir çox ölkələr layihəni dəstəklədi və ona qoşulmaq qərarına gəldi. Bu layihə ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayacaq.
Georgi Tsereteli iqtisadi, humanitar sahələrin ATƏT üçün önəmli sahələr olduğunu deyib. Bildirib ki, ATƏT yaranan problemlərə qarşı çox fəal şəkildə mübarizə aparır. Buraya terrorizmə qarşı mübarizə, münaqişələr daxildir. Lakin iqtisadi əməkdaşlıq da çox vacibdir.
“İpək Yolu bizim üçün çox önəmlidir. İpək Yolu elə marşrutdur ki, bu yol boyunca əhali yaşayır. Bu marşrut üzrə vacib şəhərlər yerləşir. Bunlar xalqlarımızın inkişafı baxımından əhəmiyyət kəsb edən şəhərlərdir. Nəqliyyat infrastrukturunu müasirləşdirmək də əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolunu buna gözəl misal kimi göstərmək olar. Ümumiyyətlə, hamımız üçün qarşımızda duran əsas prioritet iqtisadi sahədə müvəffəqiyyət əldə etməkdir”, - deyə ATƏT PA-nın sədri qeyd edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info