Niyazi Səfərov: “Ötən il İpək Yoluna üzv ölkələrlə ticarət dövriyyəsi 5,3 milyard dollar olub“
Tarix: 13.03.2018 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


"Son illər Azərbaycanın tranzit imkanının artırılması üçün mühüm işlər görülüb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Baakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri aparılır. Bütün bunlar Azərbaycanın tranzit imkanlarını dəfələrlə genişləndirib". Bunu bu gün Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfrans çərçivəsində "Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi" mövzusunda paneldə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Nazir müavini bildirib ki, 2015-ci ildə tranzit yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. “Koordinasiya Şurası region ölkələri arasında əlaqələri gücləndirib, vahid tranzit taariflərinin tətbiqi istiqamətində işlər görülüb. Nəticədə, 2017-ci ildə Azərbaycandan keçməklə 25 min tır yük daşınıb. Keçən il ölkə ərazisindən 10 milyon tondan çox yük daşınıb ki, bu da 2016-cı ildə olduğundan 16 faiz çoxdur. 81 faizi neft və neft məhsulları, qalanları qeyri-neft məhsullardır. İpək Yolu layihəsi Orta Asiya ölkələrinin dünya bazarına çıxmasına, ölkəmizin logistika mərkəzinə çevrilməsinə səbəb olacaq. Lakin etibarlı iqtisadi münasibətlər olmasa, yalnız nəqliyyat infrastrukturuna sərmayə yatırmaqla uğur qazanmaq olmaz. Azərbaycanın qonşu ölkələrlə ticarət əlaqələrinin, özəl şirkətlər arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirilir. İpək Yoluna üzv ölkələrlə ötən il ticarət dövriyyəsi 5,3 milyard dollar olub," – deyə N. Səfərov qeyd edib.
N.Səfərov nəzərə çatdırıb ki, son 10 ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri 3 dəfə artıb: "Müstəqillik illərində ölkəmizə 250 milyard dollar investisiya yatırılıb ki, bunun da yarısı xarici investisiyaların payına düşüb. Ölkə iqtisadiyyatı hazırda risklərə baxmayaraq dayanıqlılıq göstərir".
N. Səfərov tədbir iştirakçılarını Bakının Ekspo-2025 sərgisinin təşkilatçısı olmasına dəstək verməyə çağırıb: "Azərbaycan həm ildə Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərində çalışır. Layihənin Azərbaycana aid hissəsi artıq tamamlanıb. Ümid edirəm ki, yaxın illərdə Şimal-Cənub Nəqliyyat Dəhlizi İpək Yoluna inteqrasiya olunacaq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Tarixin ibrət dərsləri...
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info