AXC-nin 100 illiyinə həsr edilmiş rəsm müsabiqəsi keçiriləcək
Tarix: 13.03.2018 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC martın 26-sından etibarən 5-14 yaşlı uşaqlar üçün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən rəsm müsabiqəsinə start verəcək.
MMC-dən AZƏRTAC–a bildirilib ki, “Yaşa Azərbaycanım!” mövzusunda müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda milli ənənələrə hörmət, milli tariximizə bağlılıq hisslərini təbliğ etmək və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.
Müsabiqədə iştirak üçün çəkilmiş rəsmi А4 ölçülü zərfdə üzərində poçt ünvanı, iştirakçının soyadı, adı, yaşı, valideynin mobil telefon nömrəsi, “Aksiya. Yaşa Azərbaycanım!” qeyd edilməklə poçt vasitəsilə “Azərmarka” şirkətinin təşkilat komitəsinə ( Ünvan: Droqal döngəsi, 702. “Azərmarka” MMC) göndərmək lazımdır.
Rəsmlərin qəbulu üçün son tarix 26 apreldir. Həmin müddətdən sonra göndərilən rəsmlərə və müsabiqənin tələblərinə cavab verməyən işlərə baxılmayacaq.
Aprelin 26-dan mayın 1-dək münsiflər tərəfindən ümumilikdə 10 ən yaxşı rəsm müəyyənləşdiriləcək.
İlk 3 qalib - 1-ci yer 300 manat, 2-ci yer 200 manat, 3-cü yer isə 100 manat olmaqla pul mükafatına layiq görüləcək. Digər 7 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Ən uğurlu rəsm nümunəsi “Azərmarka” tərəfindən hazırlanan təbrik açıqcasının dizaynı kimi seçiləcək.
Bundan başqa, 10 uğurlu rəsm mayın 28-də İçərişəhərdə keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən sərgidə nümayiş olunacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
23.05.2019
“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info