Müxalifətin əsas problemi...
Tarix: 13.03.2018 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Hələ 2013-cü ildə xaricdəki bəzi dairələrin xüsusi planları ilə yaranan “milli şura” proyektində Azərbaycandakı radikal qüvvələr bilavasitə aktiv şəkildə iştirak etdilər. Bu işdə Azərbaycandan kənardakı bəzi arzuolunmaz qüvvələr də dəstəyini əsirgəmədilər ki, nəticədə də Rüstəm İbrahimbəyov kimi siyasətə dəxli olmayan bir incəsənət adamı qabağa verildi.Bu tragikomik proyektin sonluğu hamıya bəllidir, seçkiləri uduzub geri çəkildilər, amma “milli şura” formal olaraq qaldı. Bu dəfə isə prezident seçkilərinə qatılmaqdan boyun qaçıran “milli şura” müxalifət adına iddia edərək guya seçkilərdə bu düşərgənin olmayacağını bəyan etdi. Sual olunur, müxalifətin, siyasi partiyaların, siyasətçilərin məqsədi, fəaliyyəti hakimiyyətə gəlməkdisə, onun önündə açılan siyasi meydandan-seçkilərdən niyə istifadə etməsin? Cavab və səbəblər bir neçədir. Əvvəla, beş ildir yatan “milli şura” seçkiyə nəinki hazırlaşmadı, heç bununla bağlı ideyaları, konsepsiyaları belə, olmadı. İkincisi, Əli Kərimli cəmiyyətdə nüfuzdan düşdüyünü artıq çoxdan anlayıb deyə, ortaya atdıqları və ziyalı adam kimi təqdim edib, cəmiyyətdə qəhrəman obrazı yaratdıqları Cəmil Həsənli kartından 2013-cü ildə olduğu kimi, yararlana bilməyəcəyini anlayıb geri çəkilmək, mitinqlər keçirməklə xaricdən diqqəti çəkmək qərarı verdi. İndiki halda nəinki müxalifət birləşə, vahid namizədlə seçkilərə gedə bilməzdi, heç təşkil etdikləri mitinqdə düzəməlli kütlə belə, toplaya bilmədilər. Təsəvvür edin ki, “milli şura” ötən il təşkil etdiyi mitinqdə stadiona nə qədər adam toplamağı bacarmışdısa, bir neçə gün öncə Müsavat partiyası ilə birgə təşkil etdiyi etiraz aksiyasında da, o qədər adam topladı. Maraqlıdır, Müsavat doğrudanmı mitinqə formal olaraq qatılmışdı? Bəs hanı özgə vaxtı “sayımız on minlərlədir” deyən Müsavat rəhbərlərinin bəyanatlarındakı həqiqətlər? Mitinqə Müsavat rəhbərliyi doğrudanmı bilərəkdən az adam gətirdi,yoxsa elə bunlara dəstək verən bu qədər imiş? Suallar çoxdur, cavablar isə heç müxalifət liderlərinin özünə də bəlli deyil. Bizə isə bəlli olan odur ki, müşahidələrimiz, analizlərimiz bizi aldatmır-müxalifətin öz daxilində lider seçmək problemi var. Bunu görən azsaylı narazı təbəqə onların ardınca necə getsin axı?
Dünya təcrübəsi göstərir ki, əksər ölkələrdə müxalif düşərgə özünün demokratikliyi, yeniliklərə, siyasi islahatlar və hazırladıqları siyasi konsepsiyalarla irəli getməsi ilə uğur qazanır. Bizdə isə siyasi ambisiyalar, səbatsız fəaliyyət, birlik yaradıb sonradan oradan çıxaraq, bir-birini ittiham etməklə yaranan düşmənçiliklər müxalifəti içəridən xərçəng xəstəliyi kimi məhv edir. Təcrübə göstərir ki, radikal müxalifət daim vahid namizəd-lider məsələsində problem yaşayıb. Vahid namizəd məsələsində ciddi problemlər məhz radikal müxalifət düşərgəsində yaşanır. Bəzi müxalifət partiyaları bu işdə razılığa gəlsələr də, radikallar onları qəbul etmirlər... Hətta son prezident seçkilərini-2013-cü ildə baş tutan seçki marafonunu xatırlatmaq kifayətdir ki, onların öz daxilində bir-birini necə didmələrini aşkar görəsən.
Sədr kürsüsünü əbədi olaraq saxlamağa çalışan müxalifət liderləri
Bu gün insanlar müxalifət partiyalarına həm də ona görə inanmırlar ki, müxalifətin idarəetmə prinsipləri ilə siyasi reallıqlar arasında kəskin bir fərq var. Müxalifət liderləri rəhbərlik etdiyi partiyanı siyasi monopoliyada saxlamağa çalışır və bu məqsədə nail olmaq üçün avtoritar idarəetmə üsullarına əl atırlar. Daha dəqiq desək, son illər ərzində müxalifət təşkilatlarında siyasi cəhətdən daha savadlı və təcrübəli gənclərin formalaşmasına imkan vermirlər, onlar müxtəlif bəhanələrlə irəli çəkilmirlər.
Hətta İsa Qəmbər Müsavat başqanı olmasa belə, hər kəsə bəllidir ki, o bu gün də Müsavatda əsas söz sahibi kimi qalır, onu lider kimi qəbul edirlər. AXCP-də isə Əli Kərimlinin digər siyasətçilərə yol açmasından belə, söz gedə bilməz. Əli Kərimli demokratik dəyərlərdən ağız dolusu danışsa da, nədənsə uzun illərdir ki, öz postunu kiməsə vermək istəmir. Bütün bunları görən hansı gənc, və ya siyasətçi müxalifətə qoşular, onların ardınca gedər? Əlbəttə, yox.Qısası, bu nöqsanların, partiyaya şəxsi təşkilatı, gəlir mənbəyi kimi baxmaq siyasətinin aradan qaldırılmaması cəmiyyətdə müxalifətə inamın itməsini və sosial bazasının həddindən artıq zəifləməsini şərtləndirən əsas amillərdən biridir. Partiya daxilində olan gənclər gələcək perspektivlərinin olmadığını, illərlə yerlərində sayacaqlarını, nəinki Əli Kərimli səviyyəsinə qalxa bilməyəcəkləri, heç partiyada hansısa struktura belə rəhbərlik edə bilməyəcəklərini anlamağa başlayıblar. Sirr deyil ki, Əli Kərimli və digərləri partiya daxilində nüfuz qazana bilən gənc siyasətçilərə daim qısqanclıqla yanaşıblar və onlara öz kürsüləri üçün potensial təhlükə mənbəyi kimi baxırlar. Bunu Müsavat və AXCP-dən ayrılan gənc fəallar zaman-zaman dilə gətiriblər.
Xülasə, neçə ki, müxalifət daxilində hörmətli, hamının qəbul edə biləcəyi və potensial vəd edən lider yoxdur, eləcə də, cəmiyyətdə onlara inam olmayacaq. Cəmiyyət həm də müxalifətin, müxalifət rəhbərlərinin siyasəti əllərində “alver vasitəsinə” çevirmələrini də gözəl anlayır. Məsələn, sirr deyil ki, seçkiyə deyil, mitinqlərə getməyi qərar verənlər sonradan “təşkilati məsələlərdə filan qədər pul xərcləndi”adıyla xaricdəki havadarlarına böyük hesabatlar göndərəcəklər ki, bunun da əvəzi hər kəsə bəllidir-çirkli pullar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info