Azərbaycan İrana elektrik enerjisi ixrac edəcək
Tarix: 14.03.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“ASAN viza” vasitəsilə viza alan əcnəbilər arasında İran vətəndaşları 1-ci yerdədir
Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun martın sonunda açılışı olacaq

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir. Səfərin ilk günü nazir Şahin Mustafayev İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb. Görüşdə bildirilib ki, son 4 ildə Azərbaycan və İran dövlət başçılarının 10 görüşü keçirilib,100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 40-dan artıq sənəd imzalanıb.

Azərbaycanda 700-dən çox İran şirkəti qeydiyyatdan keçib
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası intensiv iş aparır. Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz artıb. İran Azərbaycana 3,1 milyard ABŞ dolları investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Azərbaycan və İranın birgə iştirakı ilə ölkəmizdə reallaşdırılan avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə işlər davam edir. Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb. Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 kilometr, İranda 1,4 kilometr dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir. 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan19 mindən çox TIR keçib, İranda milli daşıyıcılarımızın çəkisi isə 23,2 faiz artıb. İrandan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır və 2017-ci ildə 363 min nəfərə çatıb. Nazir Şahin Mustafayev qeyd edib ki, “ASAN viza” vasitəsilə viza alan əcnəbilər arasında İran vətəndaşları 1-ci yerdədir. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi baxımından Astara, Culfa və Biləsuvar sərhəd keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyətini qeyd edib.
Qəzvin-Rəşt dəmir yolu xətti yaxın zamanda istifadəyə veriləcək
İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian qeyd edib ki, müstəqil Azərbaycan ilə İranın əlaqələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdən başlayıb və Heydər Əliyevin o dövrdə İrana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafının əsasını yaradıb. Məsud Kərbasian Azərbaycan nümayəndə heyətinin İrana növbəti səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb, sərhəd-keçid məntəqələrində iş rejiminin uzadılmasına, kənd təsərrüfatı, maliyyə və bank, səhiyyə sahələrində əməkdaşlığa dair fikirlərini diqqətə çatdırıb. İranlı nazir Qəzvin-Rəşt dəmir yolu xəttinin önəmini qeyd edərək, dəmir yolunun yaxın zamanlarda istifadəyə veriləcəyini bildirib. Şahin Mustafayev İranın neft naziri Bijan Namdar Zəngənə ilə də görüşüb. Neft-qaz sahəsində Azərbaycan və İran şirkətlərinin fəaliyyətini qeyd edən iqtisadiyyat naziri təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanları, Xəzər dənizində yataqların birgə işlənməsi, neft-qaz maşınqayırması avadanlıqlarının Azərbaycanda birgə istehsalı, neft-kimya sahəsində əməkdaşlıq və s. məsələlərə dair fikirlərini bildirib. Daha sonra Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib. İclasda çıxış edən Şahin Mustafayev qeyd edib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 16 faiz artıb. 2016-cı ildə Neftçala Sənaye Zonasında təməli qoyulmuş birgə avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir. İran Prezidenti Həsən Ruhaninin martın sonunda Azərbaycana gözlənilən səfəri çərçivəsində avtomobil istehsalı zavodunun açılışı olacaq. İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, son illərdə Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib. Qeyd edək ki, Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə iki ölkənin əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.
Anar Miriyev“




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info