“İpək Yolu layihəsi Azərbaycanın logistika mərkəzinə çevrilməsinə səbəb olacaq”
Tarix: 14.03.2018 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Niyazi Səfərov: "Yaxın illərdə “Şimal-Cənub” Nəqliyyat Dəhlizi İpək Yoluna inteqrasiya olunacaq"
"Son illər Azərbaycanın tranzit imkanının artırılması üçün mühüm işlər görülüb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Baakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri aparılır. Bütün bunlar Azərbaycanın tranzit imkanlarını dəfələrlə genişləndirib". Bunu Bakıda keçirilən beynəlxalq konfransın panel iclasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Nazir müavini bildirib ki, 2015-ci ildə tranzit yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb: “Koordinasiya Şurası region ölkələri arasında əlaqələri gücləndirib, vahid tranzit taariflərinin tətbiqi istiqamətində işlər görülüb. Nəticədə, 2017-ci ildə Azərbaycandan keçməklə 25 min tır yük daşınıb. Keçən il ölkə ərazisindən 10 milyon tondan çox yük daşınıb ki, bu da 2016-cı ildə olduğundan 16 faiz çoxdur. 81 faizi neft və neft məhsulları, qalanları qeyri-neft məhsullardır. İpək Yolu layihəsi Orta Asiya ölkələrinin dünya bazarına çıxmasına, ölkəmizin logistika mərkəzinə çevrilməsinə səbəb olacaq. Lakin etibarlı iqtisadi münasibətlər olmasa, yalnız nəqliyyat infrastrukturuna sərmayə yatırmaqla uğur qazanmaq olmaz. Azərbaycanın qonşu ölkələrlə ticarət əlaqələrinin, özəl şirkətlər arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirilir. İpək Yoluna üzv ölkələrlə ötən il ticarət dövriyyəsi 5,3 milyard dollar olub”. N.Səfərov nəzərə çatdırıb ki, son 10 ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri 3 dəfə artıb: "Müstəqillik illərində ölkəmizə 250 milyard dollar investisiya yatırılıb ki, bunun da yarısı xarici investisiyaların payına düşüb. Ölkə iqtisadiyyatı hazırda risklərə baxmayaraq dayanıqlılıq göstərir". N.Səfərov tədbir iştirakçılarını Bakının Ekspo-2025 sərgisinin təşkilatçısı olmasına dəstək verməyə çağırıb: "Azərbaycan “Şimal-Cənub” Nəqliyyat Dəhlizi üzərində çalışır. Layihənin Azərbaycana aid hissəsi artıq tamamlanıb. Ümid edirəm ki, yaxın illərdə “Şimal-Cənub” Nəqliyyat Dəhlizi İpək Yoluna inteqrasiya olunacaq".
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info