Azərbaycanda 40-a yaxın Qazaxıstan şirkəti fəaliyyət göstərir
Tarix: 30.05.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Serik Aydarbekov: “Dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın
genişləndirilməsinə Qazaxıstanda böyük maraq göstərilir”
Qazaxıstanın Atırau şəhər hakimi Serik Aydarbekovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə keçirilən tədbirdə Atırau vilayətinin qida, kənd təsərrüfatı, səhiyyə, gəmiçilik, enerji, yüngül sənaye və digər sektorları təmsil edən iş adamları iştirak ediblər.
Forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb, hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu diqqətə çatdırıb. Məlumat verilib ki, iki ölkə arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın indiyədək 9 iclası keçirilib. Hazırda ölkəmizdə 40-a yaxın Qazaxıstan şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Qazaxıstanda uğurla işləyirlər. Serik Aydarbekov ölkəsində, o cümlədən Atırauda iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verərək deyib: “Dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə Qazaxıstanda böyük maraq göstərilir. Hər iki ölkənin regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var”. S.Aydarbekov Azərbaycan sahibkarlarını Atırau şəhərində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa çağırıb. “Azpromo”nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib. Daha sonra “Atırau şəhərinin investisiya prioritetləri və iqtisadi potensialı” mövzusunda təqdimat olub. Tədbir ikitərəfli görüşlərlə davam etdirilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info