2018-ci il vergi sistemində yeni inzibatçılığa keçid ili kimi müəyyən edilib
Tarix: 14.03.2018 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Sahib Ələkbərov: “Kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməlidir”


"Hazırda ölkəmizdə 917 min vergi ödəyicisi var, onların 30 mini ƏDV, qalanları isə sadələşdirilmiş vergi ödəyiciləridir".
 
Bunu vergilər nazirinin müavini Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
 
Onun sözlərinə görə, ƏDV ödəyicilərinin dövlət büdcəsinə ödədiyi vergilərin həcmi ümumi vergi daxilolmalarının təxminən 1/3-ni təşkil edir. Nazir müavini qeyd edib ki, sadələşdirilmiş vergi ödəyicilərinin ödədiyi vergilərin həcmi ötən il 371,5 mln. manat olub və bu, ümumi vergi ödəmələrinin 5,3%-i deməkdir: "İnkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm bir neçə dəfə yüksəkdir. Ona görə də kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməli, bu kateqoriyaya aid sahibkarların ödədikləri vergilərin həcmi artmalıdır. Büdcəyə ödənilən vergilərin həcminin artması ölkədə yaşayan hər bir vətəndaşın rifah halının daha da yaxşılaşmasında mühüm əhəmiyyətə malikdir. Ödənilən vergi müəllimin, həkimin, torpaqlarımızın müdafiəsini təmin edən əsgərlərin təminatının gücləndirilməsinə, vətəndaşlarımızın layiqli həyat şəraiti ilə təmin olunmasına sərf edilir. Ona görə də cəmiyyətin hər bir üzvündə könüllü vergiödəmə mədəniyyəti formalaşmalı, bu, insanların daxilindən gələn vərdişə çevrilməlidir".
Nazir müavini bildirib ki, 2018-ci il vergi sistemində yeni inzibatçılığa keçid ili kimi müəyyən edilib. Vergi xidmətinin qarşısında qoyulmuş yeni vəzifələrə və tələblərə uyğun olaraq vergi orqanlarına etimad yüksəldilməlidir: "Vergilər Nazirliyi biznes qurumları ilə faydalı və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın qurulmasında maraqlıdır. Nazirlik qarşı tərəfdən də eyni münasibəti gözləyir, hər bir sahibkarı dürüst, vicdanlı, şəffaf olmağa dəvət edir. Vergi ödəyicisi öz vəzifələrini və məsuliyyətini başa düşməli, unutmamalıdır ki, vergiləri vaxtında və tam həcmdə ödəmək Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş borcudur. Vergi orqanı vergi yığmır, dövlətin müəyyən etdiyi vergilərin sahibkarlar tərəfindən dövlət büdcəsinə ödənilməsinin təmin olunmasına nəzarət edir. Sahibkar elə işləməli, işini elə qurmalıdır ki, vergi orqanı onun təqdim etdiyi sənədlərə şübhə ilə yanaşmasın, fəaliyyətini araşdırmağa ehtiyac yaranmasın. Ən yaxşı və düzgün yol şəffaflıqdır. Şəffaflıq tərəflər arasında qarşılıqlı inam və etibarı artırır, biznes təmsilçisinə etimadı yüksəldir, inkişafa səbəb olur, iqtisadiyyatı gücləndirir".
 
Sahib Ələkbərov vurğulayıb ki, nazirlik vergi yığılmasından könüllü vergi ödənilməsinə keçidi qarşıya hədəf qoyub və bu yanaşma vergi ödəyicisinin ünvanına getmədən, ödəyicinin özünün vergiləri doğru, düzgün və dəqiq hesablayaraq büdcəyə ödəməklə  vətəndaşlıq borcunu yerinə yetirməsini nəzərdə tutur.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info