Nyu-Yorkun merinə içində zəhər olan məktublar göndərilib
Tarix: 30.05.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Nyu-York meri Maykl Blumberqin adına içində ölümcül zəhər - risin olan iki anonim məktub göndərilib.
Məktublarda şəhər merinin ABŞ-da odlu silah dövriyyəsinə nəzarət məsələsinə dair mövqeyi ilə bağlı onun ünvanına təhdidlər də var. Birinci məktub Nyu-Yorkdakı bələdiyyə binalarının birinə, ikincisi M.Blumberq tərəfindən yaradılmış “Merlər qeyri-leqal silah əleyhinə” təşkilatının Vaşinqtondakı ofisinə gəlib. Nyu-Yorkun meri ölkədə sərbəst silah gəzdirməyin qatı əleyhdarıdır. O, dəfələrlə hakimiyyət orqanlarını silahlar haqqında qanunvericiliyi sərtləşdirməyə çağırıb. Laboratoriya analizinin nəticələri təsdiq etmişdir ki, zərflərdə məhz risin olmuşdur. Polisin fikrincə, məktubları eyni adam göndərib. Federal Təhqiqatlar Bürosu bu məsələnin təhqiqatına qoşulub. Oxşar hadisə bu ilin aprelində də baş vermişdi. O vaxtdan içində risin olan məktublar Barak Obamaya və senator Rocer Uikerə göndərilmişdi. Risin gənəgərçək paxlasından əldə olunan son dərəcə zəhərli maddədir. İynənin ucu boyda risin yaşlı adamı öldürmək üçün kifayətdir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info