Səfir: “Azərbaycana Qafqaz regionunda əhəmiyyətli partnyor kimi baxırıq”
Tarix: 14.03.2018 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


“Malayziya Azərbaycana Qafqaz regionunda və İslam dünyasında əhəmiyyətli partnyor kimi baxır”. 
“Caspian Energy İnternational Media Group”dan verilən xəbərə görə, bunu Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahman “Group”un nümayəndə heyəti ilə görüş zamanı deyib.
 
Görüşdə Azərbaycan-Malayziya arasındakı informasiya əməkdaşlığını genişləndirmək və bu əlaqələrdə mümkün  qədər geniş iştirak etmək perspektivlərinə toxunulub. Səfirin sözlərinə görə, “Caspian Energy” jurnalı energetika sahəsində masaüstü nəşr və aparıcı beynəlxalq jurnallardan biridir. “Jurnalın buraxılışlarından birində dərc olunmuş Xəzərdə şirkətlərin investisiya fəallığı reytinqi xüsusi maraq oyadıb. Caspian Energy yüksək vəzifəli hökumət məmurları, diplomat və enerji sektorunun oyunçuları üçün informasiya mənbəyidir. Biz burada informasiya əlaqələrinin inkişafının əhəmiyyətini görürük ki, bu da öz növbəsində həm möhkəm dövlətlərarası dialoqun yaradılmasına, həm də iki ölkə arasında biznes münasibətlərinin dinamik inkişafına yardım edir”, - deyə diplomat qeyd edib.
 
Səfir bildirib ki, Azərbaycan coğrafi baxımdan Malayziyadan uzaq olsa da, bu amil iki ölkənin şirkətlərinin fəal əməkdaşlığına və investisiya qoyuluşuna mane olmur: “Bu gün “Petronas” şirkətinin investisiyası 4 milyard dolları keçib. Malayziya Prezident İlham Əliyevin inauqurasiya çərçivəsində Malayziyaya və Cənubi-Şərqi Asiya ölkələrinə səfərini səbirsizliklə gözləyir. Bu mühüm səfər ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmlənməsinə təkan verəcək və hər iki tərəfdən xeyli sayda investisiyanın cəlbinə yardım edəcək”, - deyə Dato Roslan Tan Sri Abdul vurğulayıb.
 
Onun sözlərinə görə, rəsmi səfirliyin 2014-cü ilin aprelində təsis olunmasına baxmayaraq, əlaqələrin inkişafının əsası həmin vaxt Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana səfəri və Malayziya neft şirkətinin “Şah Dəniz” layihəsinə daxil olması ilə qoyulub.
 
“Bu gün Azərbaycan öz iqtisadiyyatını diversifikasiya edir və Malayziya iqtisadiyyatın bütün sahələrində böyük təcrübəyə sahib olduğu üçün strateji partnyor ola bilər. Bakı-Tbilisi-Qars marşrutu qonşu dövlətlər üçün geniş imkanlar açan olduqca mühüm və uzunmüddətli layihədir,” - deyə səfir vurğulayıb.
 
Görüşün sonunda səfir “Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. Müsahibədə iki ölkə arasındakı əməkdaşlıqda qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq qlobal tendensiya və layihələr barədə geniş məlumat verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
17.09.2019
PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər
17.09.2019
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info