Qida məhsulları ilə bağlı yeni standartlar hazırlanacaq
Tarix: 14.03.2018 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


"Qida Təhlükəsizliyi Agentliyinin hər hansı məhsulu yoxlamağa başlaması ilə bağlı yayılan məlumatlar yanlışdır". Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, heyvan mənşəli məhsullar yüksək təhlükəli qidalar qrupuna aiddir: "Çünki, bu gün yol qırağında ət kəsimi işini görən obyektlərdə ekspertiza rəyi olmadan ətlər satılır. Təbii ki, bu da əhalinin həyatını risk altına salan amillərin başlıca səbəbidir",- deyə Q. Təhməzli qeyd edib.
Q.Təhməzli bildirib ki, küçələrdə, yol kənarlarında səhər saatlarında, xüsusilə də uşaqların məktəblərə getdiyi zaman iri və xırda buynuzlu heyvanların kəsimi həyata keçirilir: "İlk növbədə buna nəzarət lazımdır. Bəzi insanlar elə düşünür ki, hansısa heyvanın göz önündə kəsilməsi sağlamlıqdan xəbər verir. Bu, tamamilə yanlış düşüncədir. Çünki, heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Yaxın gələcəkdə iri depolarla bağlı, eyni zamanda tez xarab olan məhsulların çatdırılması və qidalanma ilə bağlı digər vacib məsələlər üçün standartlar müəyyənləşdiriləcək".
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan nefti bahalaşıb
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info