Avropaya qaz nəqli marşrutu gələn ay seçilə bilər
Tarix: 30.05.2013 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Azərbaycan təbii qazının Avropaya nəqli üçün boru kəməri marşrutunun seçilməsi həllolunma mərhələsindədir və məsələ ilə bağlı son qərarın gələn ay veriləcəyi gözlənilir.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev II Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələn Fransa nümayəndə heyəti ilə görüşdə bildirib. Görüşdə şirkət prezidenti Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm yer tutduğunu qeyd edərək, bu istiqamətdə həyata keçirilən layihələr sırasında Cənub Qaz Dəhlizinin əhəmiyyətini önə çəkib. Görüşdə vurğulanıb ki, Azərbaycan təbii qazının Avropaya nəqli üçün boru kəməri marşrutunun seçilməsi həllolunma mərhələsindədir və məsələ ilə bağlı son qərarın gələn ay veriləcəyi gözlənilir. Azərbaycan və Türkiyənin ortaq layihəsi olan TransAnadolu qaz boru kəməri (TANAP) layihəsinin beynəlxalq dəstək qazandığını vurğulayan R.Abdullayev eyni zamanda, Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi və «Şahdəniz-2» layihələrinə hazırlıq işlərinin tamamlanmaq üzrə olduğunu da qonaqların diqqətinə çatdırıb. Azərbaycanda əlverişli investisya mühitinin yaradıldığını vurğulayan ARDNŞ prezidenti daha sonra qonaqları maraqlandıran suallara cavab verib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info