Britaniya Rusiya ilə əlaqələri dayandırdı: 23 rus diplomat ölkədən çıxarılır
Tarix: 15.03.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Kreml Londonun ultimatumuna cavab verib. Kremlin sözçüsü Dmitri Peskov ölkəsinin Sergey Skripalın zəhərlənməsinin təhqiqatı ilə məşğul olmayacağını açıqlayıb: "Lakin Moskva təhqiqata kömək etməyə hazırdır. Bu işlə bağlı Rusiya ünvanına ittihamlar məntiqə ziddir" - deyə o vurğulayıb. Peskov Kremlin Böyük Britaniyanın Sergey Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın ünvanına səsləndirdiyi ittihamları qəbul etmədiyini söyləyib: "Rusiyanın mövqeyi məlumdur. Bu mövqe ondan ibarətdir ki, Moskvanın Sergey Skripalın zəhərlənməsi ilə heç bir əlaqəsi yoxdur. Moskva sözdə, sübutsuz ittihamları və ultimatum dilini qəbul etmir. Bu mövqeyimiz Londona çatdırılıb". “Moskvanın Sergey Skripalın zəhərlənməsi ilə bağlı hansı versiyası var?" sualına isə Kremlin sözçüsü belə cavab verib: "Bu, bizim işimiz deyil. Hansısa versiyanı səsləndirmək, xüsusən də Kreml tərəfindən...Ona görə ki, Kreml Rusiya ərazisində baş verməyən bu məsələnin təhqiqatı ilə məşğul olmur. Bununla belə, Rusiya Britaniyanın istintaq orqanlarına yardım etməyə hazırdır. Lakin təəssüflər olsun ki, britaniyalılar buna qarşılıq vermirlər". Bu cavabdan sonra Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb. Baş nazir Tereza Mey parlamentdə çıxışında bu tədbirləri elan edib. O, Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərər qəbul etdiklərini bildirib. O deyib ki, bu diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilir: “Rusiya bu iyrənc əmələ görə cavabdehdir. Biz onlara izahat üçün vaxt verdik, onlar bu məhlulun Böyük Britaniyaya necə düşdüyünü izah edə bilərdilər, lakin əvəzində sarkazmla reaksiya verdilər və ittihamları inkar etdilər. Heç bir şübhə yoxdur ki, Rusiya hökuməti cənab Skripala və onun qızına qarşı sui-qəsddə günahkardır”. Baş nazir Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını və bu ölkədə keçiriləcək Dünya Çempionatına heç bir hökumət nümayəndəsinin və kral ailəsi üzvlərinin qatılmayacağını bəyan edib: "Əvvəlki əlaqələr artıq mümkün deyil". Mey sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəklərini söyləyib. O, hadisə barədə BMT və NATO-da məsələ qaldıracaqlarını də əlavə edib. Tereza Mey parlamentdə çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nazir postuna layiq olmadığını da söyləyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Tereza Meyin Lavrovla bağlı sözlərinə münasibət bildirib. Zaxarova Lavrovun Britaniya deyil, Rusiyanın naziri olduğunu və ona qiymətin Rusiya prezidenti tərəfindən verildiyini bildirib. "Tereza, Lavrov Rusiyanın naziridir, Britaniyanın yox. Nazir kimi qiyməti də ona Rusiya prezidenti verir. Başa düşürəm ki, başqa cür düşünmək istəyirsiniz. Lakin sizin nazir Boris Consondur" - deyə Zaxarova "Facebook"da yazıb. Qeyd edək ki, Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib. Martın 12-də T. Mey parlamentdəki çıxışında S. Skripal və qızı Yuliyanın zəhərlənməsi barədə aparılan təhqiqata dair ilkin məlumatlar verib. Baş nazir bildirib ki, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Yaponiyada dəmir yolu stansiyasında robot-nəzarətçi sınaqdan keçirilib
18.12.2018
Fransada “Sarı jilet”lərdən sonra polis də etiraz aksiyasına çağırışlar edir
18.12.2018
BMT Baş Assambleyası Qaçqınlar haqqında Qlobal Saziş qəbul edib
17.12.2018
Avropa informasiya agentlikləri uydurma xəbərlərə qarşı mübarizə elan ediblər
17.12.2018
Finlandiyadakı soydaşlarımız Həmrəylik Gününü qeyd edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info