Çavuşoğlunun Moskva səfərinin pərdəarxası: Suriyanın taleyi həll olunur
Tarix: 15.03.2018 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Lavrov: “Türkiyənin S-400-lərin tez göndərilməsi ilə bağlı xahişinə müsbət baxırıq”
“Rusiya ilə regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə mövcuddur". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib. O, iki ölkənin dövlət başçılarının dövlətlərarası münasibətlərin və regional problemlərin həllində ortaq iradə göstərdiklərini söyləyib. M. Çavuşoğlu aprelin 3-də Ankarada dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini açıqlayıb: "Bugünki görüş də məhz bu toplantının keçirilməsinə hazırlıq məqsədi daşıyır". Nazir iki ölkə arasında bütün sahələrdəki münasibətlərin inkişafını müzakirə etdiklərini söyləyib: "Təbii ki, ikitərəfli münasibətlərdən başqa, regional problemlərin həlli yollarını da müzakirə edirik. Regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə var. Sizin də qeyd etdiyiniz kimi, bölgəmizdə təkcə Suriya problemi mövcud deyil. Digər problemlər də mövcuddur. Bu problemlər barəsində fikir mübadiləsi aparacağıq". Sergey Lavrov türkiyəli həmkar Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib ki, Türkiyənin S-400-lərin tez bir zamanda göndərilməsi ilə bağlı xahişinə biz müsbət reaksiya verilib: “Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlığı, iqtisadi münasibətləri müzakirə etdik. “Türk axını” və Akkuyu Atom Elektrik Stansiyası kimi layihələrin önəmini bir daha təsdiqlədik. S-400 zenit-raket kompleksinin Türkiyəyə satışına dair sazişin reallaşdırılmasını müzakirə etdik. Bu barədə mütəxəssislər danışıqlar aparır. Türkiyənin S-400-lərin tez göndərilməsinə dair xahişinə biz müsbət reaksiya veririk. Rusiya və Türkiyədə qarşılıqlı olaraq 2019-cu ilin turizm ili elan edilməsini razılaşdırdıq. Ötən il Rusiyadan Türkiyəyə rekord sayda turist gedib. Biz Türkiyəyə gələn turistlərin sayına görə Almaniyanı qabaqlamışıq”. Rusiya XİN başçısı türkiyəli həmkarı ilə gündəmdə olan beynəlxalq məsələləri müzakirə etdiklərini də söyləyib: “Hər şeydən öncə Suriya münaqişəsinin siyasi yolla həll edilməsi ilə bağlı müzakirələr apardıq”. Lavrov Cənubi Qafqazda, Mərkəzi Asiyada, Ukraynadakı problemlərlə bağlı fikir mübadiləsi apardığını da söyləyib. Lavrov jurnalistin sualına cavab olaraq deyib ki, həmkarı ölkəsinin Suriya ilə bağlı ABŞ-la apardığı danışıqlar barədə onu məlumatlandırıb: "Siz türkiyəli həmkarlarımızın Suriya münaqişəsi ilə bağlı amerikalılarla təmasları barədə soruşdunuz. Bəli, biz bu gün Türkiyə xarici işlər nazirindən bu barədə məlumat aldıq. Buna görə təşəkkürümüzü bildiririk. Onun da dediyi kimi, bütün məsələlər üzrə yüz faiz razı deyilik. Lakin fikir mübadiləsi səyləri koordinasiya etməyə və məqsədə çatmağa kömək edir". Çavuşoğlu isə Rusiya ilə Türkiyə arasında olan birtərəfli viza rejiminin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına maneə törətdiyini vurğulayıb: “Qara dənizdə və digər regionlarda Rusiya ilə sıx əməkdaşlıq edirik. Bir sıra məsələlərdə fikir ayrılıqları olmasına baxmayaraq, Rusiya ilə dialoq davam edir. O ki qaldı S-400-lərin Türkiyəyə göndərilməsi məsələsinə, bunların tez göndərilməsi hər iki ölkənin maraqlarına uyğundur”. Mövlud Çavuşoğlu deyib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. O deyib ki, Suriyanın ərazi bütövlüyü həm Türkiyə, həm də Rusiya üçün önəmlidir: "Məqsədimiz Suriyanın Afrin bölgəsindən terrorçuların çıxarılmasıdır. YPG-yə ABŞ-ın silah yardımı etməsi qəbuledilməzdir”. Çavuşoğli ölkəsinin ABŞ-la münasibətlərinə və dövlət katibi Reks Tillersonun vəzifəsindən uzaqlaşdırılmasına da münasibət bildirib: "Tillerson Türkiyə-ABŞ münasibətlərinin çətin dövründə vəzifəsindən getdi. Biz onunla həqiqətən çox çətin şəraitdə işləyirdik. Lakin bütün bunlara baxmayaraq, biz ABŞ-la dialoqu davam etdiririk. Bizim üçün fərqi yoxdur ABŞ dövlət katibi vəzifəsini kim tutacaq. Biz ABŞ-la əməkdaşlığı davam etdirmək marağındayıq”. Nazir qeyd edib ki, dövlət katibinin dəyişməsi martın 19-da Vaşinqtonda Türkiyə və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşünün keçirilməsini sual altında qoyur: "Bizim nazirlik və ABŞ-dakı səfirliyimizin nümayəndələri Dövlət Departamenti ilə müntəzəm təmasdadırlar. Hesab edirəm ki, bu gün-sabah görüşün tarixi məlum olacaq".
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info