“1in”: “Ermənistan ordusunun acınacaqlı vəziyyəti göz qabağındadır”
Tarix: 15.03.2018 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Son illər Azərbaycanla silahlanma yarışında ayaqlaşa bilməyən, 2016-cı ilin aprel döyüşlərində ciddi itkilərə məruz qalan Ermənistan ordusu getdikcə daha acınacaqlı vəziyyətə düşməkdədir. Orduda baş verən ölümlər, münasibətlərin pozulması, intihara məcbur etmə və digər hadisələr bir daha sübut edir ki, Ermənistan ordusu nəinki Azərbaycan Silahlı Qüvvələri ilə döyüş aparmaq, hətta öz ölkəsini qorumaq üçün kifayət qədər gücə sahib deyil.
2000-ci illərin əvvəllərindən başlayaraq ölkədəki əsgər çatışmazlığı erməni ordusunun bir nömrəli probleminə çevrilmiş və bu gün bu problem daha ciddi hal almaqdadır. Maraqlıdır ki, erməni ordusu ilə bağlı neqativ yaşantıları erməni siyasətçiləri də etiraf etmək zorunda qalıblar.
“Xoş təsəvvür yaradan arzularla ordu-xalq münasibətlərini bərpa etmək mümkün deyil. Bugünkü mənzərəyə baxdıqda görmək olur ki, Ermənistan ordusundakı korrupsiya halları bu münasibətlərin qurulması yolunda böyük səddir.”
Bu fikirlər Ermənistanın “1in” saytının müdafiə naziri Vigen Sarkisyanın orduda islahatların aparılması ilə bağlı söylədikləri əsasında yaydığı məqalədə yer alıb. Müdafiə naziri qeyd edib ki, silahlı qüvvələrin modernləşməsi və islahatlar proqramı çərçivəsində ordu-xalq anlayışı tətbiq olunmalıdır.
Sayt isə bildirib ki, bu gün Ermənistan ordusunda islahatlar kosmetik xarakter daşıyır. Vigen Sarkisyanın söylədiyinin əksinə olaraq, heç bir köklü iş aparılmır. Ordu ilə ictimaiyyət arasında münasibətlərin yoluna qoyulması üçün islahatlar şəffaf şəkildə həyata keçirilməlidir. Silahlı qüvvələrin modernləşməsi üçün böyük vəsaitin xərcləndiyinin söylənməsinə baxmayaraq, ordunun acınacaqlı vəziyyəti göz qabağındadır.
Yazıda, həmçinin qeyd olunur ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq nazirin dediyi “islahatlar” fonunda yüksək templə artır. İslahatların reallaşdırılması üçün qanunverici baza da yoxdur. Orduda problemlər gündən-günə artır. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Vigen Sarkisyanın səsləndirdiyi “xalq-ordu” ifadəsi isə yalnız bir arzudur.
Erməni politoloq Sarqis Artsruni isə ölkəsinin xarici siyasətində məntiq olmamasını etiraf edib. O, “Birinci informasiya” saytında dərc edilmiş “Bakı və Tbilisi, əməkdaşlığı kimə qarşı dərinləşdirir?” adlı məqaləsində bu barədə yazıb.
Məqalənin yazılmasına səbəb Gürcüstan müdafiə naziri Levan İzoriyanın Bakıya səfəri zamanı Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2018-ci il üçün hərbi əməkdaşlıq proqramının imzalanması olub. Artsruni vurğulayır ki, Azərbaycanın əsas məqsədi Ermənistanı qlobal regional layihələrdən kənarlaşdırmaqdır. “Azərbaycan ardıcıl olaraq Ermənistanın təcrid edilməsi siyasətini həyata keçirir”, - deyən müəllif qeyd edir ki, bu məqsədlə ikitərəfli və çoxtərəfli imkanlardan istifadə olunur.
Erməniləri narahat edən əsas səbəb isə dördtərəfli -Azərbaycan-Türkiyə-Gürcüstan-İran əməkdaşlıq formatının yaranmasıdır:“Dördtərəfli format Bakıda Ermənistanın təcrid edilməsi faktını bəyan etmək üçün növbəti səbəbdir”. Erməni analitik reallığı gizlətmir:“... həqiqətən, narahatlıq doğuran budur ki, Ermənistan bütün mümkün regional inteqrasiya layihələrindən kənarda qalıb. Belə düşünmək olar ki, Ermənistanın xarici siyasətində heç bir məntiq yoxdur”. Onun fikrincə, bütün bəla ondadır ki, Ermənistanın öz qonşuları Gürcüstan və İran ilə münasibətləri ikitərəfli formatla məhdudlaşır, regional komponent kənarda qalır.
A.Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info