“Türk Hava Yolları“ yeni “Airbus” və “Boeing” təyyarələrinin alınmasına dair sazişlər imzalayıb
Tarix: 15.03.2018 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


“Türk Hava Yolları” aviaşirkəti 60 geniş gövdəli təyyarə (onlardan 10-u opsion çərçivəsində) alacaq. Avialayenrlərin 6-sı 2019-cu ildə, 14-ü 2020-ci ildə, 10-u 2021-ci ildə, 12-si 2022-ci ildə, 11-i 2023-cü ildə, 7-si isə 2024-cü ildə şirkətə təhvil veriləcək. Aviaşirkət 30 “Boeing 787-9” (onlardan 5-i opsion çərçivəsində) və 30 “Airbus A350-900” (onlardan 5-i opsion çərçivəsində) əldə edəcək.
“Airbus” şirkəti ilə müvafiq niyyət protokolu Parisdə Yelisey sarayında imzalanıb. Bu, yanvar ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya rəsmi səfəri çərçivəsində və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə baş verib. 2017-ci ilin sentyabr ayında isə prezident Ərdoğanın BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək məqsədi ilə Nyu-Yorka səfər zamanı “Boeing” və "Türk Hava Yolları" şirkətləri “Boeing 787 Dreamliner” təyyarələrinin alınması ilə bağlı planlarını açıqlamışlar.
“Biz razılaşmaların tamamlanmasına çox şadıq, çünki onların nəticəsində daim genişlənən təyyarə parkımız daha da artacaq və bu, nəinki “Türk Hava Yolları”nın, bütün türk aviasiyası tarixində növbəti mərhələ olacaq. Niyyət protokolları artıq sifarişlərə çevrilib və bunun sayəsində biz "Türk Hava Yolları"nın gələcək mərkəzində – İstanbulun yeni aeroportunda yerləşəcək şirkətin geniş gövdəli təyyarə ehtiyacını tam təmin edəcəyik. Bu, Türkiyənin 100-illik yubileyinə təsadüf edən 2023-cü ilədək təyyarə parkımızın genişlənməsinə doğru böyük bir addımdır. Bu addım sərnişinlərə daha yaxşı xidmət göstərməyə imkan yaradacaq, "Türk Hava Yolları" milli aviaşirkətinin inkişafına güclü təkan verəcək və Türkiyənin mülki aviasiyasını daha da effektiv edəcək”, - deyə “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Ayci bildirib
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info