“Azərbaycandakı şirkətlərin 66 faizi gəlirlərin artacağından əmindirlər”
Tarix: 15.03.2018 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


"Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 66 faizi gəlirlərin artacağından əmindirlər"
 
Bunu "PricewaterhouseCoopers Global"ın (PwC) Azərbaycan üzrə 2-ci "İllik CEO Araşdırması" təqdimatında "PwC" audit şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev deyib.  
 
Sorğunun əsas nəticələri CEO-lar, yüksək vəzifəli şəxslər, dövlət rəsmiləri və diplomatların qatıldığı tədbirdə biznes və kütləvi informasiya vasitələrinə təqdim edilib. Azərbaycan hesabatı Davosda keçirilən Dünya İqtisadi Forumunda təqdim olunan PwC-nin 21-ci İllik Qlobal CEO Sorğusunun bir hissəsidir. Sorğuda Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarında fəaliyyət göstərən 40 özəl və dövlət şirkətinin CEO-ları iştirak edib, iqtisadi tendensiyalara, biznes məsələləri və imkanlarına dair fikirlərini bölüşüblər.  
 
“İki il əvvəl, 2016-ci il sorğusunu keçirdiyimiz vaxtda, qlobal və yerli CEO-ların nikbinlik səviyyəsi kifayət qədər aşağı idi. 2 il qədər qısa bir müddət ərzində Azərbaycanın iqtisadiyyatında üzləşdiyi bir çox çağırışların və geosiyasi oyunların öhdəsindən gələ bilməsini görmək çox ruhlandırıcıdır. 2018-ci il sorğusu göstərir ki, şirkət rəhbərlərinin 66% şirkətlərinin gəlir perspektivlərindən əmindirlər”,- deyə PwC Azərbaycan Şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev mətbuat konfransında qeyd edib.
 
Bildirilib ki, qlobal və yerli səviyyədə CEO-lar arasında müşahidə olunan nikbinlik göstəricisi 2010-cu ildən bu günə kimi ən yüksək səviyyədədir və sonuncu sorğudan sonra iki dəfəyə qədər artıb: "İqtisadiyyatın və əmtəə qiymətlərinin sabitləşməsi, ölkələrin institusional islahatlar və diversifikasiyanın başlaması fonunda "CEO"lar qısa və orta müddətli inkişaf perspektivlərini görürlər. Son böhran proseslərin pozulmasına gətirib çıxardı və eyni zamanda dəyişikliyin əsas katalizatoru kimi çıxış etdi, habelə həm özəl, həm də dövlət sektoru müəssisələrinə müsbət təsir göstərərək onları strategiyalarını və biznes modellərini yenidən nəzərdən keçirməyə məcbur etdi".  
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info