“Azərbaycan-Çin əlaqələri yüksək inkişaf dinamikası ilə seçilir”
Tarix: 15.03.2018 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Pekin Xarici Dillər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar mühazirə təşkil edilib.
Çinin ən nüfuzlu ali təhsil ocaqlarından biri və əsasən Çin Xarici İşlər Nazirliyi üçün diplomatların hazırlanması ilə məşğul olan Pekin Xarici Dillər Universitetinin müəllim və tələbələrinin iştirak etdikləri mühazirədə Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı “Bir kəmər, bir yol” strategiyası çərçivəsində Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyəti” mövzusunda danışıb.
Avropa və Asiyanın qovuşuğunda, qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın tarixinə nəzər salan diplomat xalqımızın dövlətçilik ənənələri, zəngin mədəniyyəti haqqında məlumat verib. Bildirib ki, müsəlman Şərqində ilk dünyəvi, parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti ikiillik bir dövrdə böyük uğurlar qazanıb, cümhuriyyət öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib.
Ötən əsrin sonunda müstəqilliyini bərpa edən ölkəmizin Ermənistanın hərbi təcavüzü və daxili gərginlik ilə müşayiət olunan çətin vəziyyətə düşdüyünü diqqətə çatdıran səfir Azərbaycanın belə bir vəziyyətdən ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində çıxa bildiyini, transformasiya, inkişaf, modernləşmə dövrünü yaşayaraq müxtəlif sahələrdə böyük nəticələr əldə etdiyini bildirib. Ulu öndər Heydər Əliyevin Azərbaycanın neft strategiyası ilə bağlı cəsarətli və uzaqgörən addımları bugünkü iqtisadi və siyasi inkişafımızın əsasını təşkil edir.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan hərtərəfli inkişafa nail olub, beynəlxalq aləmdə nüfuzu artıb, əhalinin rifah halı yüksəlib.
Səfir Ə.Zeynallı Ermənistanın hərbi təcavüzü barədə danışaraq, Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun işğal edildiyini, həmin ərazilərdə etnik təmizləmə həyata keçirildiyini, tarixi, mədəni və dini abidələrin dağıdıldığını diqqətə çatdırıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması ilə bağlı dörd qətnaməsinin tələbələrinə işğalçı Ermənistan məhəl qoymur.
Diplomat münaqişənin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək deyib ki, bu konflikt yalnız beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası əsasında öz həllini tapmalıdır. Çox sevindirici haldır ki, Çin tərəfi Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyini dəstəkləyir.
Mühazirə zamanı Azərbaycan-Çin münasibətlərinin tarixi, hazırkı vəziyyəti, inkişaf perspektivlərindən söz açılıb. Bildirilib ki, hələ tarixi İpək Yolu vasitəsilə əsası qoyulan əlaqələrimizin 1992-ci il aprelin 2-də Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması ilə yeni dövrü başlayıb.
Ə.Zeynallı Azərbaycan-Çin əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirildiyini diqqətə çatdırıb. Azərbaycan Çin Xalq Respublikası ilə münasibətlərinə xüsusi əhəmiyyət verir və ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır. İkitərəfli əlaqələrin səviyyəsinin qiymətləndirilməsi və inkişaf etdirilməsində dövlət başçıları səviyyəsində həyata keçirilən rəsmi səfərlər və bu çərçivədə əldə edilmiş siyasi razılaşmalar müstəsna əhəmiyyət kəsb edir. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərləri ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük təsir göstərib.
Bildirilib ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə ilk dəstək verən ölkə olmaqla yanaşı, özünün iqtisadi potensialı və nəqliyyat-tranzit imkanları ilə bu strategiyanın reallaşmasına böyük töhfələr vermək iqtidarındadır. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, son illər reallaşdırdığı iri infrastruktur layihələri, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün əsas iştirakçılarından biri olmasına bütün müvafiq şəraiti yaradır.
Diplomat “Bir kəmər, bir yol” strategiyasını ölkələri, xalqları və mədəniyyətləri bir-birinə yaxınlaşdıran çox vacib bir təşəbbüs kimi səciyyələndirərək, bu çərçivədə Azərbaycanın Çin ilə humanitar sahədə də əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar yarandığını deyib.
Səfir Ə.Zeynallı sonda tədbir iştirakçılarının Azərbaycan haqqında müxtəlif mövzularda suallarını cavablandırıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info