Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olunub
Tarix: 15.03.2018 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib. 
Mehriban Əliyeva təhsil və mədəniyyətə verdiyi töhfələrə görə bu mükafatla təltif edilib. 
Təqdimat bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda baş tutub.
Mərasimdə çıxış edən Mehriban Əliyeva deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qarşılıqlı anlaşmanı, sülhü beynəlxalq səviyyədə təbliğ edir: "Əsrlər boyu Azərbaycan müxtəlif xalqların, dinlərin bir arada yaşadığı ölkə olub. Bu gün biz müstəqillik illərində əldə etdiyimiz nailiyyətlərdən danışdıq. Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. O, həyatını öz xalqının inkişafına həsr edib. Mən bu mükafatı həm də Heydər Əliyev Fondunun fəaliyyətinə verilən qiymət kimi qəbul edirəm. Heydər Əliyev Fondu 14 ildir elm, təhsil və sosial sahələrdə layihələr həyata keçirib". 
 
M. Əliyeva Nizami Beynəlxalq Mərkəzinin həmsədrlərinə uğurlu fəaliyyətlə əlaqədar təşəkkür edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info