Azərbaycan beynəlxalq tədbirlər məkanına çevrilib
Tarix: 15.03.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Müstəqillik əldə etdikdən sonra ölkəmizdə bir çox nəhəng layihələr həyata keçirilib. Azərbaycanın təşəbbüsü ilə bir çox beynəlxalq tədbirlərin reallaşması digər dövlətlər tərəfindən rəğbətlə qarşılanıb. Bu günlərdə ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər də bunun bariz nümunəsidir. Qeyd edək ki, bir neçə gün öncə Bakıda “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.Konfrans Azərbaycan Respublikası Milli Məclisi və ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupu tərəfindən təşkil edilib. İpək Yoluna Dəstək Qrupu Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılıb.
Bugünlərdə reallaşan daha bir geniş tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumudur. Qeyd edək ki, VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının Prezidenti İlirMeta, Monteneqro Respublikasının Prezidenti FilipVuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladenİvaniç və digər dövlətlərin prezidentləri, Baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai-siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.


Ölkəmizdə davamlı olaraq təşkil edilən beynəlxalq sərgilərdə bir çox xarici şirkətlərin iştirakına imkan yaradılır. Belə beynəlxalq sərgilərdən biri 16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu – XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgisi keçiriləcək.
“İteca”dan “Palitra”yaverilən məlumata görə, sərgi aqrar sektorun ən müxtəlif sahələrini təmsil edən şirkətlər üçün nəzərdə tutulmuş kənd təsərrüfatı texnikasının, habelə avadanlıq və texnoloji həll variantlarının tematik nümayişini təmin edən ən iri regional platforma statusunu bir daha təsdiq edəcək. Həmçinin tərəvəzçilik, sənaye təyinatlı bağçılıq və üzümçülük sahələri üçün müasir kənd təsərrüfatı texnologiyalarını təqdim edən bu sərgi layihəsinin məqsədi meyvə-tərəvəz biznesinin sahə və bağlardan tutmuş, istehlakçılara qədər bütün prosesi çərçivəsində həm yerli, həm də qlobal müstəvidə mövcud olan ən yaxşı məhsul və xidmətləri nümayiş etdirməkdir.
Kənd Təsərrüfatı Nazirliyi “Caspian Agro 2018” sərgisinə yaxından dəstək göstərir. Həmçinin sərgi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.
“CaspianAgro 2018” sərgisində Azərbaycan, Almaniya, ABŞ, Belarus, Çin, Gürcüstan, Hollandiya, İtaliya, İspaniya, Niderland Krallığı, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distribüterləriiştirak edəcəklər. İlk dəfə olaraq sərgidə Vyetnam iştirak edəcək.
Sərgidə xarici istehsalçılarla yanaşı, yerli şirkətlər də iştirak edəcək. Bu şirkətlər istixana, suvarma sistemi, meyvə-tərəvəz, gübrə və s. məhsulları ziyarətçilərə təqdim edəcək. Ənənəvi olaraq, “CaspianAgro 2018” sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədilə Azərbaycan regionlarını təmsil edən sahibkar və fermerlər üçün info-turlar təşkil olunacaq. Sərginin işgüzar proqramı çərçivəsində B2B görüşlər və kənd təsərrüfatı sektorunda mövcud olan bütün yeni texnologiyalar haqqında daha ətraflı məlumat vermək üçün seminar və konfrans təşkil olunacaq. “CaspianAgro 2018” sərgisinin qeydiyyat üzrə sponsoru daimi iştirakçısı olan “MaschioGaspardo” şirkətidir.
Ümumiyyətlə, sərgi kənd təsərrüfatı sektorunun ən aktual sahələrini əhatə edəcək və quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, heyvandarlıq sektoru üçün avadanlıqlar, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları və s. sektorlar üzrə bir sıra yeni məhsullarla tanış olmaq üçün imkan yaradacaq.
Beləliklə, “СaspianAgro 2018” sərgisi iştirakçılara ən son tendensiyalarla tanış olmaq üçün imkan yaratmaqla yanaşı, əməkdaşlığı genişləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün də lazımi şəraiti təmin edəcək. Bu isə Azərbaycanın kənd təsərrüfatı sənayesinə investisiya yatırımını artırmağa, eləcə də bu sahədə ən son texnologiyaların tətbiqinə kömək edəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info