Pərviz Şahbazov: “Yeni qanun layihəsi hədəflərə çatmağa dəstək olacaq”
Tarix: 15.03.2018 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının Baş katibi Urban Rusnak, eləcə də dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlərin iştirakı ilə “Enerji səmərəliliyi haqqında” qanun layihəsi üzrə dəyirmi masa keçirilib.
Açılış nitqində çıxış edən energetika naziri enerji səmərəliliyi sayəsində qanunvericilik baza sənəd təkmilləşdirilməsi ilə əlaqədar əməkdaşlığa görə Enerji Xartiyası Katibliyinə təşəkkürünü çatdırıb. Onun sözlərinə görə, Azərbaycan 1994-cü ildə Avropa Enerji Xartiyasına qoşulması ilə bağlı saziş imzalayıb: “1998-ci ildə bu xartiya qüvvəyə minib. Bu gün dünyada enerjiyə tələbat artdıqca, enerji  səmərəliliyi məsələləri artır. 2015-ci il mayın 21-də Haaqa şəhərində Avropa Enerji Xartiyası Beynəlxalq Enerji Xartiyası statusunu alıb. Beynəlxalq Enerji Xartiyası ilə bir sıra məsələlərdə yaxından əməkdaşlıq etmək istəyirik. Bu gün də Azərbaycanın Beynəlxalq Enerji Xartiyasına qoşulması haqqında məktubu təqdim etdik". Nazir bildirib ki, Azərbaycan bu sahədə artıq müəyyən işlər görüb. O, Azərbaycan Prezidentinin Enerji Tənzimlənməsi Agentliyinin yaradılması ilə bağlı sərəncamını xatırladıb. Nazir Azərbaycanın Enerji Xartiyasının Baş Katibliyi ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb: “Bu əməkdaşlıq əsasən üçtərəfli formatda əməkdaşlıqdır və Avropa Birliyi də bu əməkdaşlıq da mövcuddur”.
P.Şahbazov enerji səmərəliliyi haqqında qanun layihəsindən danışaraq bildirib ki, Avropa İttifaqının 2016-cı ildə yaradılmış yeni "EU4Energy" proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyası tərəfindən "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin hazırlanması prosesi yekunlaşıb. Onun sözlərinə görə, nazirlərarası işçi qrupunun müzakirəsinə çıxarılan qanun layihəsi beynəlxalq standartlar, xarici təcrübə nəzərə alınmaqla hazırlanıb: "Yeni qanun layihəsi enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakında səmərəliliyi təmin etməklə "kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə əksini tapmış hədəflərə çatmağa dəstək olacaq".
Enerji Xartiyasının baş katibi U.Rusnak çıxış edərək qanun layihəsini Enerji Xartiyası Katibliyi ilə əməkdaşlığın töhfəsi kimi qiymətləndirib.
Çıxışlardan sonra P. Şahbazov Azərbaycanın Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulması haqqında məktubu təqdim edib. Tədbir qanun layihəsi üzrə nazirliklərarası işçi qrupunun müzakirəsi ilə davam etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Yay Olimpiya Festivalı zamanı xüsusi avtobuslar ayrılacaq
17.07.2019
Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir
17.07.2019
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17.07.2019
“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
17.07.2019
Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info