Daşınar əmlakın yüklülüyünün dövlət reyestri təqdim olunub
Tarix: 15.03.2018 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmış daşınar əmlakın yüklülüyünün dövlət reyestrini təqdim edib.
AZƏRTAC xəbər verir ki, palatanın baş icraçı direktoru İbrahim Alışov reyestrin ölkədə yeni kreditləşmə fazasına keçidi şərtləndirən amil olduğunu deyib. Bildirib ki, reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır.
Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb etməsini stimullaşdıracaq ki, bu da nəticədə maliyyə əlçatanlığının artımını şərtləndirəcək.
İ.Alışov daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin formalaşdırılmasının maliyyə vasitəçiliyinin dərinləşməsində əhəmiyyətli rola malik olacağını diqqətə çatdırıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info