Bosniya və Herseqovina baş nazirinin müavini: “TAP bizim üçün vacib layihədir“
Tarix: 15.03.2018 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


"Azərbaycan və Bosniya-Herseqovina arasında dostluq əlaqələri mövcuddur". Bunu Bosniya və Herseqovina baş nazirinin müavini, xarici ticari-iqtisadi münasibətlər naziri Mirko Saroviç jurnalistlərə açıqlamasında deyib.
İqtisadi əlaqələrin yaxşı davam edən siyasi əlaqələrdən zəif olduğunu söyləyən M. Saroviç bildirib ki, iki ölkə arasında investisiya sahəsində əlaqələrə yenidən baxılması nəzərdə tutulub: "2018-ci ildə Azərbaycan prezidentinin ölkəmizə səfəri gözlənilir. Bu il iki ölkə arasında ikitərəfli sazişlərin imzalanması planlaşdırılır. İmzalanacaq sazişlər ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirəcək. Ölkəmiz TAP layihəsinə də qoşulub. Layihə ilə bağlı son iki konfransda iştirak etmişik və ölkəmizdə mühüm qərarlar qəbul etmişik. Bu layihə bizim üçün vacibdir. Bundan başqa, Bakı-Tbilisi-Qars layihəsinin də mühüm layihə olduğunu deyə bilərəm. Bu dəmir yoluna Serbiya vasitəsilə qoşulmuşuq".
M. Saroviç Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzuladığını vurğulayıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib
13.11.2018
İqtisadiyyat naziri: Qeyri-neft sektorunun 3,9 faiz artacağı proqnozlaşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info