Fərdi uçot sistemində hesaba malik şəxslərin sayı 3 597 367 nəfərə çatıb 
Tarix: 15.03.2018 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Cari ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq qeydiyyata alınan sığortaolunanların sayı 11852 nəfər təşkil edib.
Bununla da Fondun fərdi uçot sistemində şəxsi hesaba malik şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 166 068 nəfər artaraq 01 mart 2018-ci il tarixə 3 597 367 nəfərə çatıb.
Qeydiyyata alınmış hər bir sığortaolunana onların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb edilən mühüm məlumatların toplanılması üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılıb. Həmçinin  uçota alınmalarını, adlarına fərdi şəxsi hesabın açıldığını təsdiq edən sosial  sığorta şəhadətnaməsi rəsmiləşdirilərək onlara təqdim olunub. Sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanın onlayn uçota alınması” adlı elektron xidməti vasitəsilə onlayn qaydada da həyata keçirmək mümkündür və indiyədək
bu e-xidmətdən 867 min dəfə istifadə edilib.
Vətəndaşlar onlar üçün açılmış fərdi şəxsi hesablarda məcburi dövlət sosial sığorta haqları formasında gələcək pensiya və digər sosial müdafiə hüquqlarına malik olmaları üçün pensiya kapitalı toplamaq imkanı əldə edirlər. Bu hesablarda toplanan pensiya kapitalı barədə müntəzəm olaraq məlumat öyrənmək, sosial sığorta ödənişlərinin mütəmadi həyata keçirilməsinə nəzarət etmək üçün isə Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti sığortaolunanların istifadəsindədir. Vətəndaşlar bu vaxta qədər həmin e-xidmətdən 600 min dəfə faydalanıblar.  ​​
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info