Van Çunqan: “2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi son 26 ildə rekord həddə olub”
Tarix: 15.03.2018 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Bu gün Çin Xalq Respublikası hökuməti tərəfindən Azərbaycan Respublikası hökumətinə texniki yardım layihəsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol-istismar texnikaları ilə təmin olunması üzrə icra müqaviləsinin imzalanma mərasimi keçirilib.
 
Tədbirdə Azərbaycan tərəfindən AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov və Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov, qarşı tərəfdən isə Çin Xalq Respublikasının Ticarət Nazirliyi tərəfdən səlahiyyətli nümayəndələr Liang Vei və xanım Lili Zhang, Çinin Azərbaycandakı səfirliyinin məsul işçiləri, səfirin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan, köməkçisi Ven Qoxuey iştirak ediblər.
 
Saleh Məmmədov qonaqları salamlayaraq Çin höküməti və xalqına dərin hörmətini bildirib, ölkələrimiz arasında olan dost münasibətlərinin xalqlarımız arasında da təzahür etdiyini qeyd edib. Dövlət Agentliyinin İdarə Heyətinin sədri Çin nümayəndə heyətinə 112 ədəd müxtəlif nəqliyyat vasitələri, yol inşaat və yol təmir texnikalarının yardım şəklində rəhbəri olduğu quruma verilməsini yüksək qiymətləndirərək, bu addımın vaxtında atılmış dost köməyi kimi dəyərləndirib.
 
Öz növbəsində Çinin ölkəmizdəki fövqaladə və səlahiyətli səfirinin müşaviri Van Çunqan da deyilən xoş sözlərə görə, minnətdarlığını bildirərək, 2017-ci ildə ölkələrimiz arasımda ticarət dövriyyəsinin son 26 ildə rekord həddə, 1 mlrd. 200 mln USD həcmində olduğunu xüsusi olaraq vurğulayıb. Van Çunqan ölkələrimiz arasında bütün sahələrdə böyük irəliləyişlərin olmasını qeyd edərək gələcəyə inamla baxdıqlarını söyləyib.
 
Görüşün sonunda qeyd olunan nəqliyyat vasitələrinin və texnikaların Azərbaycana gətirilməsi üçün icra müqaviləsinin imzalanması keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
21.11.2018
“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
21.11.2018
“AtaBank“ şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrə komissiya tətbiq etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info