Linda Lanzilotta: “Bakı Forumunda nüfuzlu şəxslərin iştirakı tədbirin uğurundan xəbər verir”
Tarix: 15.03.2018 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


“Bakı Forumunda nüfuzlu şəxslərin iştirakı, gündəliyin zənginliyi tədbirin uğurundan xəbər verir”. Bunu İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta bildirib. VI Qlobal Bakı Forumunda dünyanı narahat edən çox önəmli məsələlərin müzakirə edildiyini, problemlərin həlli yollarına dair mühüm ideya və təkliflərin səsləndirildiyini söyləyən Linda Lanzilotta deyib ki, Forumda nüfuzlu şəxslərin iştirakı, gündəliyin zənginliyi tədbirin uğurundan xəbər verir. Müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmi nümayəndələrin fərqli yanaşmalar ortaya qoyması problemlərin həllində önəmli rol oynayır. Bu Forum bəşəriyyətin inkişafı naminə yeni fikirlərin irəli sürülməsi üçün mühüm platformadır. Azərbaycan-İtaliya münasibətlərindən danışan sədr müavini əlaqələrin inkişaf etdiyini, yeni təşəbbüslərin ölkələrimizi daha da yaxınlaşdırdığını qeyd edib. Linda Lanzilotta Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrin, mənəvi dəyərlərin qorunması istiqamətində göstərdiyi dəstəyin ölkəsində yüksək qiymətləndirildiyini vurğulayıb. Regionda həyata keçirilən digər layihələrə toxunan İtaliya Senatının sədr müavini Azərbaycanın təbii qaz ehtiyatlarının Avropa ölkələrinə çatdırılması üzərində işlədiklərini, bu layihənin vaxtında başa çatması üçün çalışdıqlarını bildirib. O deyib ki, TAP layihəsi İtaliya və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyətə malikdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info