“Rumıniya Azərbaycan ilə tərəfdaşlığa sadiqdir”
Tarix: 16.03.2018 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyətə malikdir”
“Azərbaycan və Rumıniya əlaqələrinin böyük perspektivləri var. Münasibətlərimiz strateji səviyyəyə qalxıb”. Bu sözləri Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall AZƏRTAC-a müsahibəsində deyib. Ana Birçall Avropa İttifaqı üzvləri arasında ilk dəfə Rumıniyanın 2009-cu ildə Azərbaycanla strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamə imzaladığını söyləyib: "Rumıniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Hər iki ölkə prezidentlərinin bəyanatlarında səsləndirildiyi kimi, Azərbaycan və Rumıniya əlaqələri güclənir və çox yaxşı səviyyədədir". Ötən il Azərbaycan ilə Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladan A.Birçall bu ilin iki ölkə üçün məxsusi səciyyə daşıdığını vurğulayıb: "Azərbaycan və Rumıniya müstəqilliklərinə qovuşmalarının 100 illiyini qeyd edir. Rumıniya Azərbaycan ilə tərəfdaşlığa sadiqdir. Bir sıra səviyyələrdə birgə işləyirik. Lakin biz bu strateji tərəfdaşlığı daha da möhkəmləndirmək istərdik". İki ölkə arasındakı iqtisadi əlaqələrə də toxunan Baş nazirin müavini Qara dəniz, eləcə də Cənubi Qafqaz regionu ilə əlaqələrin genişləndirilməsinin ölkəsi üçün prioritet olduğunu deyib: "Görüşlərimizdə əsas müzakirə mövzuları əlaqələrimizin daha geniş məcrada inkişaf etdirilməsi oldu. Biz Azərbaycan Hökuməti ilə daha sıx işləməyi səbirsizliklə gözləyirik. Qazandığınız beynəlxalq miqyaslı uğurlar münasibətilə sizi təbrik edirəm. Ümidvaram ki, rəsmilərin qarşılıqlı səfərləri daha da artaraq əlaqələrimizi daha da inkişaf etdirəcək". “Cənub Qaz Dəhlizi” layihəsindən danışan Ana Birçall strateji əhəmiyyətli bu nəhəng layihənin nəqliyyat dəhlizinin, eləcə də enerji nəqlinin şaxələndirilməsinə xidmət etdiyini bildirərək qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyətə malikdir. Rumıniya bu irimiqyaslı layihəni tam dəstəkləyir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info