Düşmənə xidmət edənlər...
Tarix: 16.03.2018 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Xaricdəki “mühacirlər” niyə Saakyanın ABŞ səfəri əleyhinə olan aksiyaya qoşulmadılar?

Məlum olduğu kimi bu günlərdə özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyan ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı martın 14-də ABŞ Konqresinin Kannon binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirilib. Bu yığıncaqla eyni vaxtda Kannon binasının qarşısında ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirilib. Aksiyada Vaşinqton və ətraf rayonlardakı Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayişçilər əllərində Saakyanların, Sarkisyanların hərbi cani olmalarını təsvir edən plakatlar tutub, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, Ermənistanın vassallığı və onun müstəqil siyasi kursunun olmaması, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumatları aksiyaya qoşulanların və ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırıblar. Binanın qarşısından keçən və binaya daxil olan bir çox şəhər sakinləri etirazçılara yaxınlaşaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı çıxıb, soydaşlarımızın aksiyasına dəstək olduqlarını bildiriblər.
Həmin səfərlə paralel olaraq Vaşinqtonda Azərbaycan səfirliyi qarşısında bir qrup satılmış və Vətəninə xəyanət edən şəxslər aksiya keçiriblər. Bəli, ABŞ-da yaşayan ermənilər yox, məhz bir qrup azərbaycanlı xain! Sosial şəbəkələrdə bununla bağlı videogörüntülər paylaşan müxalifət səhifələri isə qeyd edirlər ki, aksiya nəinki baş tutub, belə aksiyalar davamlı olmalıdır. Yəni erməniyə dəstək aksiyaları... Maraqlıdır ki, Avropadan da ABŞ-a məhz həmin aksiya üçün gedən “Orduxanlar” Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında deyil, Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirdilər. Görünür, onlar Saakyanların göstərişini yerinə yetirdiklərini aşkar şəkildə nümayiş etdirmək istəyirlərmiş.
Ümumiyyətlə belə “təsadüflər”lə baş tutan aksiyalar satqınlıqdan ,xalqımıza olan xəyanətdən başqa bir şey deyil. Bu cür siyasət alverçilərinə söz tapıb demək də olmur. Aksiya ilə bağlı videogörüntüyə baxanda aşkar görünür ki, orada olanlar üzlərini də bağlayıblar. Sual olunur, üzünüzü niyə gizlədirsiniz? Bu adamlar Avropa küçələrində antiazərbaycan aksiya keçirəndə üzüaçıq olurlar. Məqsədləri də odur ki, özlərini “demokratiya uğrunda mübarizlər “ kimi cəmiyyətə sırısınlar.ABŞ-da isə Konqres qarşısına toplaşıb, Bako Saakyanın səfərinə etiraz edənlərə dəstək vermək əvəzinə, Azərbaycan səfirliyinin qarşısına toplaşıblar. Onlar bu xəyanətin, təbii ki, Azərbaycan cəmiyyətinə xoş gəlməyəcəyini bilirdilər.Məhz buna görə də, səfirliyimiz qarşısına üzübağlı çıxıblar. Amma nə qədər üzübağlı olsalar da, bu adamların Avropadakı “Orduxanlar” olduğu bəllidir. Həmin aksiya Ermənistan səfirliyi qarşısında olmalı idi. Təəssüf ki, bəzi üzdəniraq soydaşlarımız bunu da etdilər. Əslində, onlar soydaşlarımız da sayılmırlar, aşkar şəkildə erməniyə dəstək verənlər heç vaxt azərbaycanlı ola bilməz... Bako Saakyanın Amerikada tədbir keçirtdiyi bir zamanda bunu etmək olmazdı. Bu, birbaşa düşmənin xeyrinə xidmət etməkdir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info