“ArmenianReport”: “Rusiyanın Azərbaycana silah satması erməniləri narahat edir”
Tarix: 16.03.2018 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Stepan Qriqoryan:
“Rusiya Ermənistana öz “Kosaçevlərini” göndərərək, bizimlə oynamaqla yanaşı, Azərbaycanla işbirliyini davam etdirir”

Erməni ekspert Qalust Qriqoryan “ArmenianReport” saytında yer alan məqaləsində qeyd edib ki, Ermənistanda Rusiyaya heç bir inam qalmayıb:
“Artıq Rusiyanın bizə etdikləri yetər. Beləliklə, son və əbədi olaraq, Ermənistan Kremldən qorunub təmizlənəcək və əsl azadlıq havasında nəfəs alacaq”. Ekspertə bunları deməyə vadar edən səbəb Rusiyanın Azərbaycanla qurduğu əlaqalərin inkişafıdır. Rusiyalı siyasətçi Konstantin Kosaçevin İrəvandakı bəyanatı birmənali qarşılanmayıb. Məsələn, «1in.am» saytına açıqlama verən Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryan deyib: “Kosaçev ölkəmizdə Rusiyaya qarşı baş qaldıran mənfi rəyi yumşaltmaq üçün göndərilib və onun ziyarəti də saxta xarakter daşıyır”. Bir daha xatırladaq ki, İrəvanda jurnalistlərə açqlama verən Federasiya Şurasının Xarici İşlər Komitəsinin rəhbəri Konstantin Kosaçev Rusiyanın Azərbaycana silah satışının kommersiya maraqlarından doğduğunu və imzalanan müqavilələr çərçivəsində həyata keçirildiyini bildirib. “Rusiya Ermənistana öz “Kosaçevlərini” göndərməklə, bir növ, bizimlə oynamaqla yanaşı, Azərbaycanla işbirliyini davam etdirir. Mən Rusiyanın ölkəmizə göndərdiyi səfirlərə inanmıram” -deyə Qriqoryan əlavə edib. Konstantin Kosaçevin bəyanatına münasibət bildirən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib ki, 2016-cı il hadisələrindən sonra Qarabağ münaqişəsi zonasında müəyyən nəticələr ortaya çıxır: “Rusiyanın Azərbaycanı həmişə silahla təmin etdiyi məlum məsələdir. Bunu biz də bilirik. Lakin bu bəyanatdan sonra görünür ki, biz də müəyyən nəticələr çıxarmalıyıq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info