İqtisadi inkişaf istehlakçıların hüquqlarının qorunmasının önəmini artırır
Tarix: 16.03.2018 | Saat: 01:49:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində 15 mart - Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar “İstehlakçı-sahibkar münasibətləri: qarşılıqlı hüquq və vəzifələr” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada aidiyyəti dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların, sahibkarlıq subyektlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən dövlət xidmətinin rəisi Zahid İsayev istehlakçı hüquqlarının müdafiəsinin ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayıb, bu istiqamətdə görülən işləri diqqətə çatdırıb. Qeyd edilib ki, iqtisadi inkişaf istehlakçıların hüquqlarının qorunmasının, beynəlxalq təcrübənin öyrənilməsinin, aidiyyəti dövlət orqanları ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehsalçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin önəmini artırır. Zahid İsayev istehsalçıların hüquqlarının etibarlı şəkildə təmin olunması və bu sahədə mövcud qanunvericilikdən irəli gələn vəzifələrin icrası istiqamətində aidiyyəti dövlət qurumları və ictimai təşkilatlarla birgə görülən işlər, istehsalçıların maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Xidmətin rəisi istehlak bazarında istehlakçı ilə satıcı və xidmət göstərənlər arasındakı münasibətlərin qanunauyğun şəkildə tənzimlənməsi üçün təbliğat-təşviqat işlərinin əhəmiyyətini vurğulayıb. Bu məqsədlə dövlət xidmətinin təşkilatçılığı ilə Bakıda və regionlarda müxtəlif konfrans və seminarlar təşkil edilir, istehlakçı hüquqları ilə bağlı maarifləndirici məlumatlar yayılır, müxtəlif bukletlər, yaddaş kitabçaları hazırlanaraq istehsalçılar və satıcılar arasında paylanılır. Tədbirdə çıxış edən yerli və beynəlxalq təşkilatların nümayəndələri istehsalçı hüquqlarının qorunması istiqamətində aidiyyəti qurumlar tərəfindən görülən işlərin nəticəsində istehlak bazarında mal və xidmətlərin keyfiyyətində əhəmiyyətli müsbət dəyişikliklərin müşahidə olunduğunu vurğulayıb, bu sahədə ictimai nəzarətin, istehlakçı fəallığının rolunu qeyd ediblər. Tədbirdə, həmçinin istehsalçı-sahibkar münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə bağlı iştirakçıların təklifləri dinlənilib, müzakirələr aparılıb. Sonda tədbir iştirakçılarına istehsalçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info