“Sahibkarlar təhsildə yeni standartların müzakirəsinə cəlb edilməlidir”
Tarix: 16.03.2018 | Saat: 01:51:00 | E-mail | Çapa göndər


UNEC-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birgə Novruz mühazirələri çərçivəsində elmi-praktiki konfrans keçirilib. “İqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: qlobal çağırışlar və yeni imkanlar” mövzusuna həsr olunan elmi-praktiki konfransda UNEC-in professor-müəllim heyəti ilə birlikdə ölkənin aparıcı biznes qurumlarının rəhbər və nümayəndələri iştirak edib. UNEC-in rektoru, professor Ədalət Muradov əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının ali təhsil müəssisələri qarşısında duran vacib məsələlərdən biri olduğunu qeyd edərək, bu istiqamətdə elm-təhsil-biznes vəhdətinin əhəmiyyətindən danışıb. UNEC-də bu sahədə məqsədyönlü addımlar atıldığını qeyd edən rektor, universitetin iş dünyası ilə yeni strateji əməkdaşlıq platforması olan UNEC2B-yə diqqət çəkib. O, UNEC2B platformasının kadr hazırlığında universitetin əmək bazarı ilə birgə fəaliyyətinə geniş imkanlar yaratdığını bildirib. Rektor iş adamlarının bu sahədə önəmli rol oynadığını vurğulayaraq, bakalavr pilləsində iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni standartların müzakirəsində sahibkarların iştirakının vacibliyini bildirib. İş adamlarının elmi tədqiqatlara marağından danışan Ə.Muradov tələblərə cavab verən tədqiqatların hazırlanmasında DBA (Doctor of Business Administration) təhsilinin Azərbaycanda da tətbiqinin zamanı olduğunu deyərək, ali təhsildə innovativ yanaşmalara ehtiyac duyulduğunu qeyd edib. ASK sədri Məmməd Musayev ölkə iqtisadiyyatının inkişafı üçün sahibkarlarla ali təhsil müəssisələri arasındakı mövcud əlaqələrın daha sıx qurulmasının əhəmiyyətindən danışıb. O, universitetlərdəki nəzəri biliklərin günün tələblərini ödəmədiyini bildirərək, əmək bazarının çağırışlarına operativ cavab verən UNEC2B platformasını bu istiqamətdə çox uğurlu layihə kimi səciyyələndirib. Ölkənin iqtisadçı kadrlarının 90%-nin məhz UNEC məzunları olduğunu vurğulayan M.Musayev biznes sektorları ilə ali təhsil müəssisələri arasında əlaqələrin günün tələblərinə uyğun qurulması istiqamətində təkliflərlə çıxış edib. Azərbaycanda problemli kreditlər üzrə mütəxəssis çatışmazlığını vurğulayan ASK sədri, kadr hazırlığında universitetlərin bu amilləri daha çox nəzərə almasını tövsiyə edib. O, biznes qurumlarını UNEC-in müvafiq kafedraları ilə əməkdaşlıq etməyə çağırıb. UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “İqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: qlobal çağırışlar və yeni imkanlar” mövzusunda təqdimatla çıxış edib. Universitetlərin missiyasının dünyada ən aktual müzakirə mövzularından biri olduğunu bildirən professor, ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən bəhs edib. Elmi tədqiqatyönümlü universitetlərin fəaliyyətində dünya təcrübəsini paylaşıb. Tədbirdə çıxış edən biznes qurumların rəhbərləri ölkədə sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən və bu hədəflərə uyğun olaraq təhsil sahəsində aparılan islahatların özəl sektorun inkişafına müsbət təsirlərindən danışıblar. Natiqlər ali təhsildə innovasiya, özəl sektorun inkişafı üçün tələb olunan kadrlarla bağlı vəziyyəti qiymətləndiriblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info