“Rusiyanın S-300 kompleksləri artıq Suriyadadır”
Tarix: 30.05.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Suriya prezidenti Bəşər Əsəd Livan telekanalı “Əl-Manar”a müsahibəsində bildirib ki, artıq Rusiyanın zenit-raket komplekslərinin birinci partiyası ölkədədir, tezliklə S-300-ün növbəti partiyasının çatdırılması gözlənilir.
Daha əvvəl Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov S-300 zenit raketlərinin Suriyaya çatdırılması ilə bağlı bildirmişdi: “Mən nə təsdiq, nə də təkzib edə bilərəm ki, çatdırılma hansı mərhələdədir. Mən yalnız deyə bilərəm ki, biz onlardan imtina etmirik. Biz bu məsələ ilə bağlı bizə müxtəlif ölkələrdən göndərilən siqnalları və həyəcanı anlayırıq. Biz görürük ki, bu məsələ tərəfdaşlarımızın çoxunu həyəcanlandırır. Bu sferada mövqeyimizə yenidən baxmağa heç bir əsasımız yoxdur”. Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu isə bildirib ki, “Rusiya Suriyaya yeni hücum silahları verə bilər. Onun sözlərinə görə, Avropa Birliyinin Suriya müxalifətinə qarşı silah embarqosunun aradan qaldırılması qərarı düzgün deyil: “Biz də Suriyaya silah satışı ilə bağlı mövqeyimizə yenidən baxacağıq. Hər qərarın iki tərəfi var. Əgər bir tərəf qadağaları qaldırırsa, digər tərəf də verdiyi köhnə sözlərə yenidən baxmaq üçün özünü azad hiss edə bilər”. Eyni zamanda müdafiə naziri Moşe Yaalon bildirib ki, İsrail hökuməti, Rusiyanın S-300 zenit-raket kompleksi Suriyaya gətiriləcəyi halda cavab tədbirləri görməyə hazırlaşır. Qeyd edək ki, İsrailin təzyiqi ilə Rusiyanın Suriya ilə silah sazişi haqqında qərardan imtina etməsi xəbəri təsdiq olunmayıb. Xatırladaq ki, mayın 14-də Bəşər Əsəd ordusunun komandanlığındakı mənbə bildirmişdi ki, Rusiya artıq Suriyaya bir neçə raket batareyası çatdırıb. Silahların çatdırılması haqqında xəbər Soçidə Vladimir Putinlə Rusiyanı Yaxın Şərqdə vəziyyəti gərginləşdirməmək üçün bu fikrindən döndərməyə çalışan İsrail hökuməti Benyamin Netanyahu arasındakı görüş zamanı yayılmışdı.

N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info