“Əl-Əhram” qəzetində Azərbaycandakı inkişaf prosesləri barədə məqalə
Tarix: 16.03.2018 | Saat: 13:43:00 | E-mail | Çapa göndər


Misirin nüfuzlu “Əl-Əhram” qəzetində Azərbaycanda gedən inkişaf prosesləri, müxtəlif sahələrdə, xüsusilə siyasi, iqtisadi sahələrdə həyata keçirilən islahatlar barədə geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Şərq və Qərb sivilizasiyalarının qovuşuğunda yerləşən Azərbaycanda ötən illərdə böyük inkişafa nail olunduğu vurğulanır. Ölkədə iri iqtisadi layihələrin həyata keçirilməsinə böyük diqqət yetirildiyi qeyd edilir. Bu layihələrin ən önəmlilərindən birinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti olduğu vurğulanır. Bildirilir ki, Bakı-Tbilisi-Qars qədim İpək Yolu üzərində Avrasiyanın ən perspektivli layihələrindən biridir. Bu dəmir yolu xətti Orta Asiya ölkələri və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq, eləcə də ildə 3 milyon sərnişinin və 17 milyon ton yükün daşınmasını təmin edəcək. Yüklərin Çindən Avropaya bu marşrut üzrə çatdırılması 14 gün çəkəcək. Bu proses əvvəlki marşrutla 35-40 gün davam edirdi. Həmçinin bu xətt regionda turizmin inkişafına böyük töhfə verəcək.
Məqalədə vurğulanır ki, ötən illərdə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb, qeyri-neft sektorunda artım üç dəfəyə yaxın olub. Özü də bu artım dünyadakı neft böhranı şəraitində olub.
Yazıda qeyd edilir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində də nəzərəçarpan inkişaf var. Müəllif bu sahədə həyata keçirilən islahatlar barədə oxuculara ətraflı məlumat verir.
Azərbaycanın bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyi diqqətə çatdırılan məqalədə ölkəmizdə mütəmadi olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq, Beynəlxalq Humanitar, Qlobal Bakı forumlarının keçirildiyi qeyd edilir. Bundan başqa, ölkəmizdə bir sıra beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi bildirilir, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlar misal gətirilir.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur. Azərbaycanın hazırda işğaldan əziyyət çəkdiyi, torpaqlarının 20 faizinin Ermənistan tərəfindən zəbt olunduğu, 20 min azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi oxucuların diqqətinə çatdırılır.
Müəllif Azərbaycandakı tolerant, multikultural mühit barədə də məlumat verir.
Qeyd edir ki, Azərbaycan müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın unikal nümunəsi hesab edilir. Azərbaycan Prezidentinin 2016-cı ili ölkədə “Multikulturalizm İli” elan etməsi buna ən yaxşı nümunədir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info