“Azərbaycan mənim üçün ikinci vətəndir”
Tarix: 16.03.2018 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Bakıda yenidən olmağımdan məmnunluq duyuram. Azərbaycan artıq mənim ikinci vətənimdir.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, VI Qlobal Bakı Forumunun iştirakçısı, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa deyib.
Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevanın rəhbərliyi ilə möhtəşəm qonaqpərvərliyin nümayiş olunduğunu söyləyən sabiq prezident uzun illərdir belə mötəbər Forumda işləməkdən qürur duyduğunu dilə gətirib. "Qlobal Bakı Forumu istər əhatə dairəsi, istərsə də keyfiyyəti baxımdan ildən-ilə daha da genişlənir. İkitərəfli əlaqələrimiz olduqca fəaldır. Azərbaycan Latviyanın etibarlı dostudur. Ölkələrimizin rəsmi şəxsləri, iş adamları mütəmadi qarşılıqlı səfərlər həyata keçirirlər", - deyə sabiq prezident qeyd edib.
Azərbaycanın geostrateji baxımdan mühüm əhəmiyyətindən danışan Vayra Vike-Freyberqa "Cənub Qaz Dəhlizi" layihəsinin Avropanın enerjiyə olan tələbatının ödənilməsində mühüm rol oynayacağını vurğulayıb: "Bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin daha etibarlı surətdə təmin olunması deməkdir. Layihə enerji nəqlinin şaxələndirilməsinə xidmət edəcək. Ölkənizin irimiqyaslı uğurları məni də sevindirir".

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info