Yaponiya uçan avtomobillərin hazırlanmasını dəstəkləyəcək
Tarix: 16.03.2018 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Yaponiya hökuməti ölkədəki nəqliyyat tıxacları probleminin həlli və yük axınlarının optimallaşdırılması məqsədilə uçan avtomobillərin hazırlanması layihələrini aktiv dəstəkləmək barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyi müvafiq qanunvericiliyin hazırlanması ilə məşğul olmaq və belə texnikaları hazırlayan kompaniyalara yardım göstərmək niyyətindədir. Qurum bu layihələri milli sənayenin ən perspektivli inkişaf sahələrindən biri kimi nəzərdən keçirir. Bu səbəbdən nazirliyin nəzdində uçan avtomobillərin hazırlanması işlərini koordinasiya edəcək ekspertlər şurasının formalaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda müxtəlif ölkələrdə uçan avtomobillərin yaradılması üzrə işlər aparılır. Yaponiyada avtomobil istehsalı nəhəngi “Toyota Motor” və digər iri korporasiyaların iştirakı ilə “Cartivator” kompaniyasının bu sahədəki aktivliyi daha çox nəzərə çarpır. Kompaniya 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək uçan avtomobilin prototipini hazırlamaq niyyətindədir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info